Accessibility links

İranın baş hakimi baş örtüyü olmayan qadınları "rəhm etmədən" mühakimə etməklə hədələyib


Tehran, İran. 24 fevral, 2016.
Tehran, İran. 24 fevral, 2016.

Məcburi geyim kodunu pozan qadınların sayının artması ilə üzləşən İranın ədliyyə başçısı ictimaiyyət arasında baş örtüyü olmadan çıxan qadınları “rəhm edilmədən” mühakimə etməklə hədələyib. Bu barədə şənbə günü İran mediası məlumat verib.

Qulamhüseyn Mohseni Ejeinin xəbərdarlığı Daxili İşlər Nazirliynin cümə axşamı hökumətin məcburi hicab qanunu bir daha təsdiqləməsindən sonraya təsadüf edib.

“Örtüyü çıxarmaq bizim dəyərlərimizlə düşmənçiliyə bərabərdir,” bir neçə xəbər saytı Ejeidən sitat gətirib. O, “belə anormal hərəkətlərə yol verənlər cəzalandırılacaq” və “rəhm olunmadan cinayət məsuliyyətinə cəlb olunacaq” deyib ancaq cəzanın təfərruatlarını paylaşmayıb.

İranın baş hakimi Ejei deyib ki, hüquq-mühafizə orqanları “açıq-aşkar cinayətləri və dini qanunlara zidd olan və ictimai yerlərdə baş verən hər cür anormallığı məhkəmə orqanlarına təqdim etməyə borcludur.”

Ötən ilin sentyabrında 22 yaşlı kürd qadının əxlaq polisinin nəzarətində ikən ölümündən sonra çox sayda iranlı qadın baş örtüklərini çıxarır. Məhsa Əmini, deyilənə görə, hicab qaydasını pozduğuna görə saxlanılmışdı.

Hökumət qüvvələri onun ölümündən sonra baş qaldıran və ölkə boyu aylarla davam edən etirazları zorakılıqla yatırıb.

Ancaq məcburi geyim kodunu pozmağa görə həbs riski ilə üzləşən qadınların hələ də, alış-veriş mərkəzləri, restoranlar, mağazalar və küçələrdə başı açıq gəzdiklərini görmək mümkündür. Sosial media əxalq posinə müqavimət göstərən başı açıq qadınların videoları ilə doludur.

İranda 1979-cu il inqilabından sonra tətbiq edilən İslam şəriət qanunu altında qadınlar saçlarını bağlamağa və fiqurlarını gizlətmək üçün uzun, bol paltar geyinməyə məcburdurlar.

Baş örtüyünü “İran xalqının sivilizasiya əsaslarından biri” və “İslam Respublikasının əməli prinsiplərindən biri” adlandıran Daxili İşlər Nazirliyi cümə axşamı bəyanatında bildirib ki, bu məsələdə “geri çəkilmə olmayacaq və ya dözümlülük” göstərilməyəcək.

Nazirlik adi vətəndaşları baş örtüyü olmayan qadınlara qarşı çıxmağa çağırıb. Keçmişdə bu cür göstərişlər sərt xətt tərəfdarlarını qadınlara cəzasız bir şəkildə hücum etməyə cəsarətləndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG