Accessibility links

Ankara: Rəisi çərşənbə axşamı Türkiyəyə səfər etməyəcək


İbrahim Rəisi. 18 oktyabr, 2023.
İbrahim Rəisi. 18 oktyabr, 2023.

İran Prezidenti İbrahim Rəisi çərşənbə axşamı daha öncədən elan edildiyi kimi Ankaraya səfər etməyəcək. Bu barədə təfərrüatları açıqlamadan Türkiyə prezidentinin ofisi AFP agentliyinə bildirib.

Səfəri bu ayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan etmişdi. O deyib ki, iki lider diqqəti İsrail-HƏMAS müharibəsinə ortaq cavab tapmağa yönəldəcək.

“İran Prezidenti İbrahim Rəisi ayın 28-də bizə gəlir,” Ərdoğan noyabrın 11-də Səudiyyə Ərəisstanı paxtaxtı Ər-Riyadda keçirilən regional sammitdən geri dönərkən müxbirlərə deyib.

Səfər həmçinin Türkiyənin rəsmi dövlət mediasında elan olunub və bazar ertəsi daxil olmaqla, Türkiyə televiziyasında geniş şəkildə müzakirə olunub. Türkiyə prezidentinin ofisinin bildirdiyinə görə, Ərdoğan bazar günü Rəisi ilə telefonda danışıb

Səfərin ləğv edildiyi və ya təxirə salındığı dəqiqləşdirilməyib.

Forum

XS
SM
MD
LG