Accessibility links

İranın İnqilab Keşikçiləri Qvardiyası İran Körfəzindəki mübahisəli adalarda təlimlər keçirir


ABŞ-ın son dəfə Tehran tərəfindən gəmiləri ələ keçirmə ilə əlaqədar bölgədəki qüvvələrini genişləndirdiyi bir vaxt, İranın hərbiləşdirilmiş İnqilab Keşikçiləri Korpusu çərşənbə günü İran Körfəzindəki mübahisəli adalarda gözlənilməz hərbi təlimə başlayıb.

İranın dövlət İRNA xəbər agentliyinin verdiyi məlumata görə, İnqilab Keşikçiləri Qvardiyasının desant qüvvələrini Böyük Tunb adasına da yerləşdirməsinə baxmayaraq, təlimlər əsasən Əbu Musa adasında keçirilir. Dövlət televiziyasında yayımlanan görüntülərdə kiçik və sürətli qayıq dəstələri, paraşütçülər, pilotsuz təyyarələr və yük maşınlarından atılan yer-dəniz raket sistemləri nümayiş etdirilib.

"Biz həmişə təhlükəsizlik və əmin-amanlıq üçün çalışırıq. Bu, bizim yolumuzdur. Bizim xalqımız sayıqdır və bütün təhdidlərə, təhdidlərə, gizli ssenarilərə və düşmənçiliklərə sərt cavab verir,” qvardiyanın rəisi, general Hüseyn Salami təlimlər keçirildiyi zaman televiziya ilə çıxışında bildirib.

Təlimlər "USS Bataan" desant hücum gəmisi, eləcə də "USS Carter Hall" gəmisindəki minlərlə hərbi dəniz piyadası və dənizçi İran Körfəzinə gedərkən başlayıb. ABŞ artıq bölgəyə "A-10 Thunderbolt II" döyüş təyyarələri, "F-16" və "F-35" qırıcıları, həmçinin “USS Thomas Hudner” hərbi gəmisini göndərib.

Pentaqonun bildirdiyinə görə, "İranın Hörmüz boğazı və onun ətrafındakı sularda ticarətin sərbəst hərəkətini təhdid etməsinin son cəhdlərinə cavabdır". Dünya neftinin təxminən 20%-i İran Körfəzini dünyaya birləşdirən dar su yolundan keçir və ABŞ bunu həm öz milli təhlükəsizliyi, həm də qlobal enerji qiymətlərinin sabitliyi üçün vacib hesab edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG