İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı yaxınlığında yük gəmisini ələ keçirib
İran “HƏMAS-ın cinayətlərini dəstəkləyən cinayətkar rejimdir və indi beynəlxalq qanunları pozaraq pirat əməliyyatı həyata keçirir,” Katz deyib.
İran 2019-cu ildən bəri bir neçə dəfə gəmilər ələ keçirib və sürətlə inkişaf edən nüvə proqramı səbəbilə Qərblə davam edən gərginlik fonunda gəmilərə həyata keçirilən hücumlar ona aid edilir.
Noyabrda husilər Ədən körfəzi və Qırmızı dənizdə gəmiləri hədəf almağa başlayandan İran gəmilərə hücumlarını azaldıb. Son həftələrdə müsəlmanların müqəddəs Ramazan ayı zamanı və üsyançılar aylardır ABŞ-ın hava hücumlarının hədəfinə çevrildiyi bir vaxtda husilərin hücumları azalıb.
İran daha öncə gəmi ələ keçirdiyində əməliyyatları ilə bağlı ilkin məlumat paylaşaraq, hücumların geniş geo-siyası gərginliklə əlaqəsinin olmadığını göstərməyə çalışıb, ancaq daha sonra bunu etiraf edib. Lakin şənbə günü həyata keçirilən hücumda İran gəminin ələ keçirilməsinə dair bir izahat paylaşmayıb və sadəcə olaraq MSC Aries-in İsraillə əlaqəsinin olduğunu bildirib.
İran rəsmiləri, o cümlədən ali ruhani lideri Ayətullah Əli Xamenei son günlərdə Suriyadakı hücuma görə İsraili “vurmaq”la hədələyiblər. Qərb hökumətləri regionda vətəndaşlarına hücuma hazır olmaları barədə xəbərdarlıq ediblər.
Ancaq İran keçmişdə böyük ölçüdə İsrailə birbaşa hücum etməkdən yayınıb, baxmayaraq ki, nüvə alimlərinin məqsədyönlü şəkildə öldürülməsi və İranın atom obyektlərinə qarşı çoxsaylı təxribat kampaniyaları həyata keçirib. Ancaq İran onillərdir proksi qüvvələri vasitəsilə İsrail və ya yəhudilərlə əlaqəli obyektləri hədəf alıb.
Bu həftənin əvvəlində İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinə nəzarət dən generalı Əli Rza Tanqisir regionda və Birləşmiş Ərəb Əmirliklərində israillilərin mövcudluğunu tənqid edib. BƏƏ 2020-ci ildə İsraillə bir-birini diplomatik müstəvidə tanımaqla bağlı razılıq əldə edib ki, bu uzun müddətdir Tehranı qəzəbləndirib.
“Biz bilirik ki, bu nöqtədə sionistləri gətirmək təkcə iqtisadi sahədə iş üçün deyil,” Tanqsirinin dediyi bildirilir. “İndi onlar təhlükəsizlik və hərdbi sahədə işlər görürlər. Bu, təhlükədir və olmamalıdır.”
İsrailin əsas dəstəkçisi olan ABŞ İsrailin Qəzza səhiyyə nazirliyinin məlumatına görı, 33600-dn çox fələstinlinin plümü, 76mindn çoxunun yaralanması ilə nəticələnən Qəzzadakı müharibəsi səbəbilə artan narahatlıqlara baxmayaraq onu dəstəkləməyə davam edir. İsrailin müharibəsi HƏMAS-ın oktyabrın 7-də 1200 nəfərin ölümü, 250-dən çox insanın girov götürülməsi ilə nəticələnən terror hücumundan sonra başlayıb.
Cümə günü ABŞ Prezidenti Co Bayden İrana İsrailə hücum etməməklə bağlı xəbərdarlıq edib və deyib ki, o, İranın İsrailə hücumunun “yaxında” baş verəcəyini hiss edir.
“Biz İsraili müdafiə etməyə yardım edəcəyik və İran müvəffəq olmayacaq,” Bayden deyib.
Oman körfəzi Fars körfəzinin bir hissəsi olan Hörmüz boğazının yaxınlığındadır və qlobal səviyyədə satılan bütün neftin beşdə biri oradan keçir. BƏƏ-nin şərq sahilində yerləşən Əl-Fücüyrə regiondakı əsas limanlardan biridir.
Forum