Accessibility links

Hüseyin Salami: `Koronavirus Amerikanın hazırladığı bioloji silahdır`


Rəsmi məlumatlara görə, İranın yüksək səviyyəli hərbi rəsmisi İslam Respublikasında 3500-dən çox insanın yoluxmasına, ali dini liderin məsləhətçisi də daxil olmaqla, 100-dən çoxunun ölümünə səbəb olan koronavirusun sui-qəsd olduğu nəzəriyyəsini irəli sürüb.

Virusun insan tərəfindən hazırlandığının mümkün olmadığını deyən ekspertlərdən fərqli olaraq, İran İslam Respublikası İnqilab Qvardiyası Korusunun komandiri Hüseyin Salami koronavirusun Amerika tərəfindən hazırlanan bioloji silah olduğunu deyib.

"Bu gün ölkə bioloji bir döyüşlə qarşılaşır. Əvvəlcə Çinə, sonra bütün düyaya yayılan amerikalı bir bioloqun məhsulu ola biləcək bu virusa qarşı mübarizədə üstünlük qazanacağıq” - deyə, Salami yarı rəsmi İSNA xəbər agentliyinə bildirib.

"Amerika bilməlidir ki, əgər belə edibsə, bu onun özünə qayıdacaq" - deyə, Salami əlavə edib.

O, bu əsassız iddiası üçün heç bir dəlil təqdim etməyib.

Salami eləcə də bunun Amerika tərəfindən edilmədiyi təqdirdə belə, İranın koronavirusun yayılmasına imkan verməyəcəyini deyib.

Keçən ay ABŞ rəsmiləri Rusiya ilə əlaqəli sosial mediada baş verənlərin arxasında Vaşinqtonun durduğu barədə əsassız iddialar irəli sürüldüyünü bildirmişdi.

ABŞ dünya boyu 100 mindən çox insanın koronavirusa yoluxduğu 80-dən çox ölkə arasındadır.

XS
SM
MD
LG