Accessibility links

İran yazıçı Salman Rüşdinin bıçaqlanmasında əli olduğunu inkar edir


İranın Xarici İşlər Nazirliyi bazar ertəsi yazıçı Salman Rüşdinin bıçaqlanmasında əli olduğunu inkar edib.

Nazirliyin sözçüsü jurnalistlərə İran “onun özündən və tərəfdarlarından başqa heç kimi günahkar hesab etmir” deyib.

Rüşdinin təmsilçisi bazar günü deyib ki, yazıçının sağalması uzun çəksə də, onun “vəziyyəti yaxşılaşır".

Rüşdinin oğlu Zəfər Rüşdi verdiyi açıqlamasında "həyatını dəyişdirən yaralar ağır olsa da, onun şıltaq və meydan oxuyan yumor hissi qalmaqdadır" deyib.

Yazıçı Bazar günü Nyu York ştatının qərbindəki Çautauqua İnstitutunda yaradıcılıq azadlığı mövzusunda çıxış etməyə hazırlaşarkən bir neçə dəfə bıçaqlanıb.

Rüşdiyə hücumda təqsirləndirilən Hadi Matar şənbə günü adam öldürməyə cəhd və hücum ittihamları üzrə özünü təqsirli bilməyib. O, zəmanətə buraxılmadan saxlanılır.

Salman Rüşdi 1988-ci ildə “Şeytan ayələri” adlı kitabının nəşrindən sonra ölüm fətvası ilə qarşılaşmışdı.

“Şeytan ayələri”nin nəşrindən sonra İranın o zaman ali dini lideri Ayətullah Ruhulla Xomeyni mövzu İslama qarşı küfr hesab olunduğu üçün Rüşdi və kitabın nəşrində iştirak edən hər kəsi öldürmək üçün fətva vermişdi. Xomeyni ölsə də, tərəfdarlarının nəzərində fətva qüvvədə qalır.

Rüşdi fətvanın verilməsindən sonra təxminən doqquz il təcrid şəraitində yaşadıqdan sonra sərbəst həyat tərzi sürməyə başlamışdı.

75 yaşlı yazıçının bıçaqlanma nəticəsində qaraciyəri zədələnib və qolunun əsəb telləri kəsilib. Rüşdinin təmsilçisi Endryu Uayli cümə günü onun belə görünür yaralanan gözünü itirəcəyini bildirib.

Müəllifə hücum Chautauqua İnstitutunda təhlükəsizlik protokolları ilə bağlı sualların yaranmasına səbəb olub.

Qurum şənbə günü yeni və daha sərt təhlükəsizlik tədbirləri tətbiq etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG