Accessibility links

ABŞ qanunvericiləri İrana qarşı daha sərt sanksiyaların tətbiqinə hazırlaşır


ABŞ qanunvericiləri İrana qarşı daha sərt sanksiyaların tətbiqinə hazırlaşır. Senat və Nümayəndələr Palatası bu haqda razılığı dünən axşam əldə edib.

Sanksiyalar İranın enerji və yükdaşıma sektorunu hədəf alacaq.

Razılığıa əsasən İranın neft-neft-kimya və təbii qaz sektoru ilə əməkdaşlıq edənlərin cəzalandırılmasını nəzərdə tutur.

Bundan əlavə İranın Milli Tanker Şirkəti və İrana tanker göndərən, habelə bayraqları ilə İran gəmilərinin sanksiyalardan qaçmasına yardım edən şirkətlər hədəf alınacaq.

ABŞ qanunvericiləri bu həftə sənədi səsverməyə çıxaracaq. Bundan sonra sənəd prezidentin imzasına göndəriləcək.
XS
SM
MD
LG