Accessibility links

Vaşinqton İranın 27 şəxs və təsisatına sanksiyalar tətbiq edir


Vaşinqtonun Birləşmiş Millətlər Təşkilatının İrana silah embarqosunun şənbə günü gecikdirilməsini təsdiqləməsindən sonra Tehranın nüvə, raket və adi silah təhdidlərini cilovlamaq üçün İrana qarşı geniş sanksiyalar tətbiq edir.

Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O'Brayn deyib ki, Tramp administrasiyasının sanksiyalrı İranın nüvə silahı proqramı ilə əlaqəsi olan 27 müəssisə və şəxsi hədəf alır.

Ağ Ev silah materialları və hərbi texnikanın İrana və İrandan köçürülməsində iştirak edən şəxslərin əmlakını dondurmaq planları hazırlayıb.

Dövlət Departamenti və Maliyyə Nazirliyi xarici şəxslərin və müəssisələrin pozuntulara yol verdiklərinə görə necə cəzalandırılacağını da açıqlayacaq.

İranın Müdafiə Sənayesi Təşkilatının direktoru Mehrdad Əxlaqi-Ketabçi və Venesuela prezidenti Nikolas Maduro sanksiya tətbiq edilənlər arasındadır.

"Son iki ilə yaxındır Tehranın korrupsioner rəsmiləri Venesuelanın qeyri-legitim rejimi ilə BMT-nin silah embarqosunu pozmağa çaılışır. Bizim bugünkü addımımız dünyanın eşitməli olduğu xəbərdarlıqdır. Kimliyindn asılı olmayaraq, BMT-nin silah embarqosunu pozanlar sanksiya riski altındadır" - deyə, ABŞ dövlət katibi Mayk Pompeo Trampın milli təhlükəsizlik komandasının üzvləri ilə birgə keçirilən brifinq zamanı bildirib.

ABŞ-ın ədliyyə naziri Stiven Mnuçin deyib ki, bu şəxslərlə mühüm transaksiyar keçiriən maliyyə təsisatları və ya şəxslər ABŞ sanksiyalarının hədəfidir.

İrana qarşı sanksiyalar prezident Trampın Tehranın regiondakı nüfuzunu artırmasına mane olmaq cəhdidir.

Bu qərar ABŞ-ın vasitəçiliyi ilə İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılmasına dair razılıq əldə etməsindən bir həftə sonraya təsadüf edir.

Razılıq noyabr ayı prezident seçkilərindən sonra İsraili dəstəkləyən seçicilərə müraciət mahiyyəti daşımaqla yanaşı, İrana qarşı koalisiyanın daha da genişlənməsinə yardım edə bilər.

Sanksiyalar həm də Avropa müttəfiqləri, Çin və Rusiyanı Birləşmiş Ştatların İrana qarşı BMT sanksiyalarını qorumaq cəhdinə əhəmiyyət verməməsinə baxmayaraq, ölkələrində yerləşən şirkətlərin qanunları pozduqlarına görə bunun təsirini hiss etdirə biləcək.

Razılığa imza atan digər dünya qüdrətləri - Rusiya, Çin, Britaniya, Fransa və Almaniya ona sadiq qalaraq, razılaşmanın Beynəlxalq Atom Enerjisi Agentliyinin təftişlərinin davam etdirilməsi və İranın nüvə silahları istehsalından çəkindirilməsi üçün əhəmiyyətli olduğunu bəyan edir.

İran nüvə silahı istehsal etdiyinə dair iddiaları rədd edərək, razılıqdan imtina etmək üçün atdığı addımlardan geri çəkilməyə hazır olduğunu bildirir.

Briyaniya, Fransa və Almaniyanın daxil olduğu E-3 avqust ayında bunun İranın nüvə anlaşmasına dəstək səyləri ilə uyğun olmadığını deyərək, ABŞ-ın İrana qarşı BMT sanksiyalarını bərpa etmək addımını dəstəkləmədiyini bildirmişdi.

XS
SM
MD
LG