Accessibility links

Məlumat: ABŞ İranın 20-yə yaxın fərdi təsisatlarına qarşı sanksiyalar tətbiq edir


ABŞ sentyabrın 21-dən etibarən İranın 20-yə yaxın fərdi və təsisatlarına qarşı sanksiyalar tətbiq edir.

Adının açıqlanmasını istəməyən Amerika rəsmisinin bildirdiyinə görə, sanksiyaların hədəfləri İranın nüvə proqramı, raketləri və adi silahları ilə əlaqasi olanlardır.

Beləliklə Vaşinqton BMT-nin İrana qarşı sanksiyalarından daha effektiv hərəkət edərək, rəqibləri və müttəfiqlərin müqavimətinə baxmayaraq, sanksiyaların tətbiqinə qərar verib.

Rəsmi bildirib ki, İran ilin sonunadək nüvə silahı əldə etmək üçün kifayət qədər materiala malikdir və Tehran Şimali Koreya ilə uzunmənzilli raket əməkdaşlığını bərpa edib. Lakin o, dediklərinə dair heç bir dəlil göstərməyib.

İrana qarşı sanksiyalar prezident Trampın Tehranın regiondakı nüfuzunu artırmasına mane olmaq cəhdidir.

Bu qərar ABŞ-ın vasitəçiliyi ilə İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılmasına dair razılıq əldə etməsindən bir həftə sonraya təsadüf edir.

Razılıq noyabr ayı prezident seçkilərindən sonra İsraili dəstəkləyən seçicilərə müraciət mahiyyəti daşımaqla yanaşı, İrana qarşı koalisiyanın daha da genişlənməsinə yardım edə bilər.

Sanksiyalar həm də Avropa müttəfiqləri, Çin və Rusiyanı Birləşmiş Ştatların İrana qarşı BMT sanksiyalarını qorumaq cəhdinə əhəmiyyət verməməsinə baxmayaraq, ölkələrində yerləşən şirkətlərin qanunları pozduqlarına görə bunun təsirini hiss etdirə biləcək.

Rəsminin sözlərinə görə, ABŞ-ın səylərinin böyük bir hissəsi İrandan adi silah alanlar və ya satanları hədəf alan sətəncam olacaq və Tramp administrasiyası onların adlarını açıqlayacaq.

Birləşmiş Ştatların 2018-ci ildə İranla dünya qüdrətli arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması və Vaşinqtonun İranın neft ticarətinə əhəmiyyətli dərəcədə zərər vuran sanksiyaları bərpa etməsi iki ölkə arasında gərginliklərin artmasına gətirib çıxarıb.

Razılığa imza atan digər dünya qüdrətləri - Rusiya, Çin, Britaniya, Fransa və Almaniya ona sadiq qalaraq, razılaşmanın Beynəlxalq Atom Enerjisi Agentliyinin təftişlərinin davam etdirilməsi və İranın nüvə silahları istehsalından çəkindirilməsi üçün əhəmiyyətli olduğunu bəyan edir.

İran nüvə silahı istehsal etdiyinə dair iddiaları rədd edərək, razılıqdan imtina etmək üçün atdığı addımlardan geri çəkilməyə hazır olduğunu bildirir.

Ağ Ev sanksiyaların tətbiqi barədə şərh verməkdən imtina edib.

BMT-nin Baş Katibi Antonio Quterreş Təhlükəsizlik Şurasındakı çıxışı zamanı ABŞ-ın İranla bağlı sanksiya təşəbbüsü ilə bağlı addım ata bilməyəcəyini deyib.

O bildirib ki, BMT-nin İrana qarşı sanksiyalarının tətbiqi prosesində "qeyri-müəyyənlik olduğu" üçün məsələ yenidən nəzərdən keçirilməlidir.
ABŞ Dövlət Katibi Mayk Pompeo keçən ay İrana qarşı sanksiyaların başlanması üçün 30 günlük prosesə başlandığını bəyan etmişdi.

Sanksiyalar oktyabrın 18-də başa çatacaq silah embarqosunu dayandıracaq.
Lakin Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü Vaşinqtonun addımını rədd edib. Belə ki, onlar Pompeonun ABŞ-ın 2018-ci ildə tərk etdiyi 2015-ci il sazişinin mexanizmindən istifadə etdiyini deyib.

Quterreşin şuraya ünvanladığı məktubda yazılıb ki, prosesin həqiqətən başladıldığı və ya sanksiyaların ləğvinin qüvvədə olub-olmaması ilə əlaqəli şübhə var.

"Baş katibin belə bir qeyri-müəyyənliyi görməməyə haqqı yoxdur" - deyə, baş katib əlavə edib.

BMT üzvləri Təhlükəsizlik Şurasına sanksiya rejimlərini tətbiq etmək üçün inzibati və texniki dəstək verir. Quterreş tətbiqetmələri izləmək üçün müstəqil ekspertlər təyin edib.

O, İrana qarşı sanksiyalarının vəziyyətinin "dəqiqləşdirilməyincə bu dəstəyi təmin etmək üçün heç bir tədbir görməyəcəyini deyib.

Briyaniya, Fransa və Almaniyanın daxil olduğu E-3 avqust ayında bunun İranın nüvə anlaşmasına dəstək səyləri ilə uyğun olmadığını deyərək, ABŞ-ın İrana qarşı BMT sanksiyalarını bərpa etmək addımını dəstəkləmədiyini bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG