Accessibility links

Vyana danışıqlarında nailiyyət əldə edildiyi deyilir


ABŞ-ın İranın nefti və banklarına tətbiq etdiyi sanksiyalar ləğv ediləcək. Bu barədə İranın baş müzakirəçisi Vyanadakı danışıqlarda əldə olunan razılaşmalara əsaslanaraq İranın dövlət mətbuatına bildirib.

İranın danışıqlardakı tərəfdaşları - Fransa, İngiltərə, Almaniya və Rusiya ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmasına dair irəliləyiş olduğunu bildirib.

İran, bu dörd ölkə və Çin ABŞ-ın üç il əvvəl tərk etdiyi 2015-ci il nüvə sazişini canlandırmaq üçün keçən ay Vyanada danışıqlara başlayıb.

İran dövlət mediası İranın xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadən İranın enerji sektoruna, neft və qaz, avtomobil, maliyyə, bank və liman sənayesinə qarşı tətbiq olunan sanksiyaların bu günə qədər əldə edilmiş razılaşmalara əsasən ləğv ediləcəyini bildirib.

Araqçı sanksiyaların necə və nə vaxt ləğv ediləcəyinə aydınlıq gətirməyib.

İranın Xarici İşlər Nazirliyi bildrib ki, nümayəndə heyətləri danışıqlardan sonra ölkələrinə geri dönüb, növbəti addımla bağlı təlimat alacaq.

Müzakirələrlə yaxından tanış olan bir diplomat AFP-yə bildirib ki, danışıqların məqsədi “mayın sonunadək”, yəni İranda iyun ayında keçiriləcək prezident seçkilərinə qədər konkret nəticə əldə etməkdir.

Danışıqlar 6 gün müddətinə təxirə salınıb.

XS
SM
MD
LG