Accessibility links

ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minir


ABŞ-ın İrana qarşı bərpa edilmiş sanksiyaları çərşənbə axşamından etibarən qüvvəyə minəcək. Sanksiyalar İranın qızıl və digər qiymətli metallar, kömür və sənaye softveyr satışından dollar əldə etməsinin qarşısını alacaq.

Dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ İranı hərbi fəaliyyətdən geri çəkindirmək üçün sanksiyaları tam qüvvəsi ilə tətbiq etmək niyyətindədir. Sanksiyaların ikinci dalğası noyabr ayında qüvvəyə minəcək.

Eyni zamanda İran valyutasını canlandırmaq üçün xarici mübadilə qaydalarını asanlaşdırıb. Nəticədə yerli valyuta dəyərini iki dəfə itirib.

Pennsilvaniya Universitetinin siyasi elmlər professoru Yan Lastik Amerikanın Səsinə bildirib ki, sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vuracaq. Bununla bərabər o əlavə edib ki, bu, Rusiya və Çinə Tehranla daha yaxın əməkdaşlıq etmək imkanları yarada bilər.

XS
SM
MD
LG