Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində 'terror qrupunun üzvləri'nin həbs edildiyi iddia olunur


İranın Şərqi Azərbaycan vilayətində yerləşən Sarab şəhərində bir “terror qrupunun üzvləri”-nin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi iddia edilib.

Bu, dövlət xəbər agentliyi İRNA-nın məlumatında bildirilib.

Təhlükəsizlik Şurasının sədri Hüseyn Yəhyəvi həbs edilən şəxslərin kimliyini açıqlamayıb. O, həbs edilənləri “düşmən ölkələrin kəşfiyyat xidmətlərinə bağlı olduqlarını” bildirib.

Tutulan şəxslərin sayı, kimliyi, hansı terror qrupuna üzv olduqları və harada saxladıqları ilə bağlı heç bir məlumat yoxdur. İranın xəbər agentlikləri eyni məlumatı paylaşıb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə yazıb ki, “terrorla mübarizə insan haqlarının pozulması hesab olunmur, lakin İran İslam Respublikasının öz müxaliflərinin repressiyası üçün bu kimi yollardan istifadə etməsinin keçmişdə nümunələri var.”

135 min əhalisi olan Sarab şəhəri Təbrizdən 130 km şimal-şərqdə yerləşir.

XS
SM
MD
LG