Accessibility links

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Çində görüşüb


İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında cümə axşamı Çində görüş keçirilib. Bu Yaxın Şərq ölkələri yeddi illik gərginlikdən sonra əlaqələri bərpa etməyə çalışır.

İranın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, xarici işlər naziri Hüseyn Əmirabdullahian və onun Səudiyyə ərəbistanlı həmkarı, şahzadə Feysəl Bin Fərhan Əl-Səud keçən ay Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmadan sonra səfirlik və konsulluqların yenidən açılması və ikitərəfli münasibətlərin rəsmi bərpası istiqamətində addımları müzakirə edib.

Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri 2016-cı ildə Səudiyyə Ərəbistanının şiə müsəlman din xadimini edam etməsinə cavab olaraq etirazçıların Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etməsindən sonra kəsib.

İran və Səudiyyə Ərəbistanı Yəməndəki münaqişənin əks tərəfində olub. Belə ki, İran husi üsyançıları, Səudiyyə Ərəbistanı isə beynəlxalq səviyyədə tanınmış hökuməti dəstəkləyən hərbi koalisiyaya rəhbərlik edib.

Mart ayında əldə edilən razılaşmadan sonra ABŞ Dövlət katibi Antoni Blinken İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası ilə bağlı nikbinliyini bildirib.

"Əgər bu saziş həqiqətən özünü doğrultsa və xüsusən də İran öz üzərinə götürdüyü öhdəliklərə əməl etsə, bu, müsbət hal olardı" deyib.

ABŞ-ın yüksək səviyyəli diplomatı Çinin razılaşmanın asanlaşdırılmasındakı rolunu qeyd edərək, "bu, yaxşı işdir" deyib.

"Düşünürəm ki, ölkələrin hərəkətə keçə bilməsi, təhlükəsizliyin inkişaf etdirilməsi, dinc münasibətlərin inkişafı üçün məsuliyyət daşıması çox dəyərlidir" - deyə, Blinken əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG