Accessibility links

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri yaxın zamanda görüşmək barədə razılıq əldə edib


İranın dövlət mediasının məlumatına görə, İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri bazar günü axşam telefonla danışıb və yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

İRNA dövlət xəbər agentliyi İranın xarici işlər naziri Hüseyn Əmirabdollahiyan və onun səudiyyəli həmkarı şahzadə Feysəl Bin Fərhan Əl-Səud arasında görüş üçün dəqiq vaxtın və yerinin hələ müəyyən edilmədiyi haqda məlumat verib.

Tehran və Ər-Riyad diplomatik əlaqələri 2016-cı ilin yanvarında İran hökuməti tərəfdarlarının Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki diplomatik mərkəzlərinə hücumlarından sonra kəsib.

Martın 19-da iki ölkə Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən münasibətləri bərpa etmək barədə razılığa gəlib.

ABŞ dövlət katibi Antoni Blinken keçən ay bu inkişafı alqışlayaraq deyib ki, "bizim nöqteyi-nəzərimizə görə gərginliyin azaldılmasına,, münaqişənin qarşısının alınmasına, İranın təhlükəli və ya sabitliyi pozan hər hansı addımının cilovlanmasına yardım edən hər bir iş yaxşı işdir".

XS
SM
MD
LG