Accessibility links

İran və Səudiyyə Ərəbistanının gərgin əlaqələrinə münasibət [Təhlil]


Təhlilçilərin fikrincə, İran və Səudiyyə Ərəbistanının gərgin əlaqələri İranla əldə edlən nüvə razılığının həyata tətbiqinə çalışan ABŞ-ın mövqeyinə birmənalı təsir göstərməyə bilər.

Karneqi Sülh Mərkəzindən İran üzrə ekspert Kərim Sədcədpurun dediyinə görə, Barak Obama üçün mühüm olan razılığın müdafiəsidir.

ABŞ münasibətlərin normallaşması üçün bütün ölçülərə əl atacaq

O deyib ki, Amerikanın Səudiyyə Ərəbistanı tərəfində olub-olmadığı məlum deyil. Baxmayaraq ki, ABŞ əvvəllər bu ölkə ilə İran əleyhinə mövqeyini gizlətmirdi. Ekspertin fikrincə, Amerikanın hazırkı mövqeyi Səudiyyə Ərəbistanı rəsmilərinin qəzəbinə səbəb olub.

“İranla nüvə razılığı gündəmdə əsas yeri tutursa, ABŞ münasibətlərin normallaşması üçün bütün ölçülərə əl atacaq “- deyə Kərim Sədcədpur bilridib.

ABŞ dövlət katibi Con Kerri bu günlər razılıq əldə edən tərəflərin sənədin həyata tətbiqindən bir neçə gün uzaq olduqlarını deyib.

Razılığın şərtlərinin işə salınması ABŞ, İran və digər dünya qüdrətləri arasındakı münasibətlərin kulminasiya nöqtəsi olacaq.

Tehranda Səudiyyə Ərəbistanına etiraz aksiyası
Tehranda Səudiyyə Ərəbistanına etiraz aksiyası

ABŞ regional razılığa çağırır

Dövlət Departamentinin sözçüsü Con Kirbi Amerikanın Səudiyyə Ərəbistanının şiə ruhanisi Nimr Əl-Nimrin qətlinə dair narahalığını dilə gətirib. O deyib ki, ABŞ Səudiyyə Ərəbistanının diplomatik missiyasına qarşı hücumları qınayır.

“Problemlərin həllinə dair təkliflər regional liderlərdən gəlməlidir”-deyə Kirbi bildirib.

Amerikanın Sahibkarlıq İnstitutundan siyasi təhlilçi Matyu Maklinnis deyib ki, Səudiyyə rəsmilərini Amerikanın İranla nüvə razılığına görə dəyişdiyi mövqeyi narahat edir. O, Amerikanın Səudiyyə Ərəbistanı tərəfindən tam çəkilməsə də, razılığa görə balans yaratmaq niyyətində olduğunu bildirib. Matyu Maklinnis Birləşmiş Ştatların regional ölkələrin problemlərini özlərinin həll etməsini istədiyini deyib.

Problemlərin həllinə dair təkliflər regional liderlərdən gəlməlidir

Eyni fikirlə Karneqi Sülk Mərkəzinin Yaxın Şərq proqramı üzrə təhlilçi Frederik Uehri də çıxış edib.

“Obamanın regionla bağlı düşüncələrindən biri körfəz regionunda balans yaratmaqdır.”

Təhlilçilər deyir ki, İranın sanksiyalardan azad olması ilə regionda qüdrətini artırması digər ölkələri narahat edir. Onlar bununla regionda sabitsizlilik yaranacağından ehtiyat edir.

Vaşinqtonda yertləşən Yaxın Şərq Siyasəti İnstitutunun təhlilçisi Simon Henderson Körfəz Əməkdaşlığı Şurasının İrana paranoyalı münasibət bəslədiyini deyib.

“Səudiyyə Ərəbistanı və İran körfəzdə böyük əhəmiyyət kəsb edən ölkələrdir”- deyə Henderson bildirib.

İran və Səudiyyə Ərəbistanı gərginliyin deeskalasiyasına çalışa bilər

İran və Səudiyyə Ərəbistanı arasında gərginlik Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra yaranıb. Tehran şiə Əl-Nimrin qətlinə etiraz edib. Əl-Nimr Səudiyyə Ərəbistanında hakimiyyətdə olan ailənin tənqidçilərdindən və 2011-ci ildə Səudiyyə Ərəbistanının şərqində baş qaldıran etirazlarda əsas liderlərdən biri olub. Əl-Nimri 2014-cü ildə fitnə çıxarmaq və digər ittihamlara görə məhkum edilib. O, edam olunan 47 nəfərdən biri olub.

Nimr al-Nimrin qətlinə etiraz
Nimr al-Nimrin qətlinə etiraz

Bu haqda xəbərin yayılmasından sonra etirazçılar Tehrandakı Səudiyyə səfirliyini yandırıblar. Sünni krallıq İranla bütün diplomatik əlaqələrini dayandırıb.

ABŞ dövlət katibi Con Kerri tərəflərlə müzakirələr zamanı deyib ki, ruhaninin qətli Suriya böhranının həlli səylərinə mane olmamalıdır.

ABŞ, İran və Səudiyyə Ərəbistanı Suriyaya Beynəlxalq Dəstək Qrupunun üzvüdür. BMT-nin Suriyada sülh səylərinin həyata keçirilməsi üçün mühüm rol oynayan bu qrup cari ay ərzində Suriya hökuməti və müxalifətlə görüş təşkil etməlidir.

The Economist jurnalına müsahibəsi zamanı Səudiyyə Ərəbistanı kralının müavini Məhəmməd Bin Salman deyib ki, İranla müharibə nəzərdə tutulmur. O, İranla gərginliklərin onsuz da yüksək həddə çatdığını və ölkəsinin əlavə gərginliklərə yol verməmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

XS
SM
MD
LG