Accessibility links

İranın sərhəd bölgələrində qızların 50 faizi təhsili davam etdirmir


Adətən yoxsul qeyri-fars cəmiyyətlərin yaşadığı İranın sərhəd vilayətlərində qız uşaqların təqribən 50 faizi ibtidai və ya ondan sonra məktəbi tərk edirlər.

İranın Təlim və Tərbiyə Nazirliyinin ibtidai təhsil üzrə sədr müavini Rizvan Həkimzadə bu haqda mətbuata məlumat verib.

Həkimzadənin açıqlamalarına görə, qız uşaqlarının məktəbi atmasının ən böyük səbəbi onların erkən yaşlarda evləndirilməsidir.

"Xüsusilə kiçik şəhərlərdə uşaqlar ailə üçün işçi qüvvəsi hesab edilirlər. Onlar misal üçün kəndlərdə məhsul toplama zamanı ailələrinə yardım etməli olurlar. Bəzi bölgələrdə də ailələr qızlarını qadın müəllimlərin olmadığı məktəblərə göndərmək istəmirlər,” deyə xanım Həkimzadə əlavə edib.

İran Azərbaycanının üç sərhəd vilayəti əhalinin savadlılıq səviyyəsi və ibtidai məktəb şagirdlərinin sinifdə qalması baxımından ölkənin ən uğursuz vilayətlərindən hesab edilir.

Qərbi Azərbaycan vilayəti son iki ildə ibtidai məktəb şagirdlərinin davamsızlığı baxımından ikinci yeri tutub. Rəsmilərin açıqlamalarına görə, bu uğursuzluğun əsas səbəblərindən ana dilinin farsca olmaması, habelə sinif və müəllim çatışmazlığıdır.

Savadsızlıq səviyyəsinin ən yüksək olduğu vilayətlərdən olan Qərbi Azərbaycanda savadsız əhalinin üçdə ikisi qadındır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG