Accessibility links

Ayətulla Əli Xameneyi: Iran ABŞ tərəfindən qorxudula bilməyəcək


İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi ölkəsinin ABŞ tərəfindən qorxudula bilməyəcəyini deyib. O bildirib ki, İran möhkəm dayanıb və 2015-ci il nüvə razılığına görə İslam Respublikası hər bir amiranə mövqeyə ciddi reaksiya verəcək.

BMT-nin Baş Assambeyasının Nyu-York sammitinə yola düşən Xameneyinin dünya liderləri ilə nüvə sazişini müzakirə edəcəyi gözlənilir. Saziş İranın nüvə proqramından əl çəkməsi müqabilində o ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

Ötən cümə axşamı günü ABŞ prezidenti gələn 6 ay ərzində İranın sazişin şərtlərinə əməl etməməsinə görə ona qarşı daha sərt ölçülər götürüləcəyi ilə hədələyib.

"Biz onların bu ölkəyə etdiklərinə göz yummayacağıq. İran razılığın bir çox elementini pozub. Tehram razılığın ruhunu belə dəyişib. Oktyabrda nə edəcəyimizin şahidi olacaqsınız" - deyə Tramp bildirib.

İran parlamenti avqustun 13-də qəbul etdiyi qanunla ABŞ-ın sanksiyalarına cavab verib.

Qanun Tehranın mübahisəli raket proqramı və İnqilab Qvardiyasına ayrılan maliyyənin artırılmasını nəzərdə tutur.

Sənəddə 800 milyon dollar məbləğində vəsait Müdafiə Nazirliyi və kəşfiyyat agentlikləri də daxil edilməklə, bir sıra layihələrə ayrılıb.

Qanun səs çoxluğu ilə qəbul edilib. Deputatlar ABŞ-a qarşı şüarlar da səsləndiriblər.

Qanun çox ehtimal ki, təsdiqini tapacaq İnqilab Qvardiyasına göndəriləcək.

Avqustun əvvəlində ABŞ Konqresi İranın raket proqramına sanksiya qoyulması haqda qanun qəbul edib. Prezident Tramp qanunu imzalayıb.

İran onun raket proqramının BMT qətnaməsinə zidd olduğunu qəbul etmir.

BMT 2015-ci ildə qəbul etdiyi qətnamə ilə İranın dünyanın aparıcı dövlətləri ilə bağladığı sazişi təsdiq edib. Eyni zamanda İranı nüvə başlığı daşıya bilən raketlərin sınağını keçirməməyə çağırıb.

XS
SM
MD
LG