Accessibility links

İran səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb


İran səfiri Tehranda rus jurnalistin tutulması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Reuters xəbər agentliyi yazıb ki, Moskvanın Tehranla sıx iqtisadi və siyasi əlaqələri var və İranın Rusiya vətəndaşlarını hədəf alması qeyri-adi haldır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın Moskvadakı səfiri Mehdi Sanainin rusiyalı jurnalistin İranda tutulmasından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Rusiya Jurnalistlər Birliyinin katibi Timur Şafir də agentliyin hadisə ilə bağlı məlumat almaq və Rusiya vətəndaşına qarşı ittihamları müəyyənləşdirmək üçün İran tərəfi ilə əlaqə yaratmağa çalışdığını söyləyib.

"Rusiya vətəndaşı Yulia Yuzikin Tehranda tutulması ilə əlaqədar İranın səfiri hadisənin səbəblərini və Rusiya vətəndaşının hüquqlarının qorunmasını tez bir şəkildə izah etmək üçün Xarici İşlər Nazirliyinə dəvət edilib" - deyə, Zaxarova öz Facebook səhifəsində yazıb.

Rusiyanın Tehrandakı səfirliyinin cümə günü bildirdiyinə görə, rusiyalı jurnalist Yuliya Yuzik bu həftənin əvvəlində İranın paytaxtında həbs edilib.

Səfirliyin mətbuat katibi İran rəsmilərinin keçən bazar günü Tehrana gələn TASS xəbər agentliyinin müxbiri Yuliya Yuzikin pasportunu heç bir səbəb söyləmədən əlindən aldıqlarını bildirib.

Yuzik çərşənbə günü qaldığı mehmanxanada həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG