Accessibility links

İranın tanınmış kino-rejissoru Səid Rüstayi 6 ay həbs cəzasına məhkum edilib


Səid Rüstayi
Səid Rüstayi

İran məhkəməsi tanınmış kinorejissor Səid Rüstayini keçən il Kann Film Festivalında "Leylanın Qardaşları" filminin nümayişinə görə altı ay həbs cəzasına məhkum edib.

Tehranda iqtisadi çətinliklərlə mübarizə aparan bir ailənin mürəkkəb həyatından danışan "Leylanın Qardaşları"nın keçən il hazır olandan bəri İranda nümayişi qadağan edilib.

Keçənilki Kann festivalında "Qızıl Palma Budağı" uğrunda yarışda iştirak edən film əsas mükafatı ala bilməsə də, Beynəlxalq Kino Tənqidçiləri Federasiyası mükafatını qazanıb.

Çərşənbə axşamı gündəlik islahatçı "Etemad" qəzeti bildirib ki, Rüstayi və filmin prodüseri Cavad Noruzbegi "filmi Kann kino-festivalında nümayiş etdirdiyinə görə altı ay həbs cəzasına məhkum edilib".

Rüstayi və Noruzbegi "müxalifətin İslam sisteminə qarşı təbliğatına töhfə verməkdə" təqsirli bilinib.

Rəsmi media o zaman bildirmişdi ki, "Leylanın Qardaşları" filmi "qaydaları pozzraq beynəlxalq kino-festivallara icazəsiz çıxdığı" üçün qadağan edilib və rejissor Mədəniyyət Nazirliyinin tələbi ilə onu "düzəltməkdən" imtina edib.

"Etemad"ın yazdığına görə, rejissorlar cəzalarının yalnız doqquz gününü çəkəcək, qalanı isə "fəaliyyətləri beş il müddətində dayandırılmaqla əvəz olunacaq" və bu hökmdən şikayət verilə bilər.

Qəzet yazır ki, həbs müddətində müttəhimlərdən "milli və etik maraqları qorumaq" üçün kino-rejissorluq kursu keçmələri və digər kino peşəkarları ilə ünsiyyətdən çəkinmələri tələb olunacaq.

34 yaşlı Rüstayi 2019-cu ildə İranın narkotik probleminə və polisin amansız reaksiyasına barışmaz baxışlı "Cəmi 6.5" filminin nümayişindən sonra beynəlxalq şöhrət qazanıb.

İranda Cəfər Pənahi və Əsğər Fərhadi kimi dünya üzrə mükafatlar qazanan simaları və çoxdan inkişaf edən kino səhnəsi var.

Forum

XS
SM
MD
LG