Accessibility links

İran nüvə razılaşmasına zidd daha bir addım atır


İran prezidenti Həsən Ruhani çərşənbə axşamı İran özünün Fərda zavodunda sentrifuqalara qaz doldurmağa başlanılacağını bəyan edib. Bu, 2015-ci ildə nüvə proqramı ilə bağlı razılaşmaya zidd addımlardan sonuncusudur.

Ruhaninin sözlərinə görə, uran qazının 1.044 sentrifuqaya doldurulmasına çərşənbə günü başlanmalıdır.

Bu, səhv istiqamətə böyük bir addımdır

İranın Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə əldə etdiyi nüvə sazişində İran Fərda zavodunu tədqiqat obyektinə çevirməyə və altı sentrifuqadan yalnız ikisinin uransız istifadəsinə icazə verilir.

İranın nüvə agentliynin rəhbəri bazar ertəsi elan edib ki, Tehran onlarla təkmilləşdirilmiş sentrifuqalardan istifadə edir.

Əli Əkbər Salehi dövlət televiziyası ilə çıxışı zamanı İR-6 sentrifuqasının uran zəngiləşdirilməsi üçün razılıqda icazə verilən İR-1 sentrifuqasından daha güclü olduğunu deyib. O, ölkəsinin daha sürətli sentrifuqaların inkişafı prosesində olduğunu da əlavə edib.

ABŞ rəsmisinin fikrincə, İranın bu addımı Avropa qüdrətlərini nigaran qoymaq və onları İranla güzəştə vadar etməyə hesablanıb.

Bütün bunlar bazar ertəsi nüvə sazişinə görə dünya qüdrətləri ilə münasibətləri hələ də gərgin olan İranın 1979-cu ildə "Amerikaya ölüm!" şüarları səsləndirən tələbələrin ABŞ-ın Tehrandakı səfirliyinin işçilərinin 444 günlük girov böhranının 40-cı ildönümünü qeyd etməsindən bir gün sonraya təsadüf edib.
"Bu, səhv istiqamətə böyük bir assımdır. Biz bütün millətləri İranın eskalasiya mahiyyətli addımlarını qınamağa çağırırıq” deyə, ABŞ rəsmisi əlavə edib.

Builki mitinqlər İranın İraq və Livandakı müttəfiqlərinin genişmiqyaslı etirazları ilə qarşılaşdığı vaxta təsadüf edir. Şiələr üçün müqədəs İraqın Kərbəla şəhərindəki İran konsulluğuna hücum edilib.

Tramp ötən il ABŞ-ı razılıqdan geri çəkərək, İrana yumşaq mövqe tutulduğunu söyləyib və İranı bütün pis niyyətli davranışlarına son qoyacaq yeni razılıq imzalamağa vadar etmək məqsədilə Tehrana qarşı sanksiyaları sərtləşdirib.

Razılığa əsasən İran sanksiyalar müqabilində uranın zənginləşdirməsinə məhdudiyyət qoymuşdu. Digər məhdudiyyətlər arasında İranın yalnız 5060 ədəd birinci nəsil IR-1 sentrifuqlarından istifadə edə bilərdi.

XS
SM
MD
LG