Accessibility links

İran 3 min yeni sentrifuqa hazırlayır



İran uran zənginləşdirilməsi məqsədilə 3 min yeni sentrifuqa üzərində işlədiyini bildirir. İran mediasının verdiyi məlumata görə, belə görünür bu son inkişafdan sonra Qərbin islam respublikasının mübahisəli nüvə proqramı ilə əlaqədar narahatlıqları daha da artacaq.

Bu ilin əvvəli İran hökuməti Natanz uran zənginləşdirilməsi obyektində yeni müasir sentrifuqlar yerləşdirməyə hazırlaşdığını bildirmişdi. Lakin mətbuatda verilən məlumatlar artıq konkret rəqəmlərin açıqlandığını göstərir.

İran və dünya qüdrətlərinin Qazaxıstanda apardığı danışıqların yeni görüşə dair razılıqla bitməsindən sonra verilən bu açıqlama rəsmi Tehranın Qərbin nüvə proqramının dayandırması ilə bağlı təzyiqləri qarşısında geri çəkilməməsi kimi qiymətləndirilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi fevralda Natanz yaxınlığındakı obyektdə 180 sentrifuqanın yerləşdirildiyini bildirmişdi. Bu sentrifuqaların funksiya göstərmədiyi deyilirdi.
XS
SM
MD
LG