Accessibility links

İran səyahətlərin qarşısını almaq üçün "gücdən istifadə" etməklə hədələyir


İranda Müqəddəs Saleh məbədi dezinfeksiya edilir
İranda Müqəddəs Saleh məbədi dezinfeksiya edilir

İran rəsmiləri cümə günü şəhərlər arası səyahəti məhdudlaşdırmaq üçün “gücdən” istifadə edə biləcəkləri barədə xəbərdarlıq edib və ölkədə 4747 yoluxma və 124 ölüm hallarının olduğunu elan edib.

Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur bu rəqəmləri televiziyada yayımlanan mətbuat konfransında açıqlayıb. O, bu xəbərdarlıq barədə əlavə məlumat verməsə də, virusun hazırda İranın 31 vilayətində mövcud olduğunu təsdiq edib.

Bu təhdidin məqsədi insanların məktəblər və universitetlərin bağlı olması fürsətindən istifadə edərək Xəzər Dənizi sahili və ya İrandakı digər tətil bölgələrinə getmələrinin qarşısı almaq ola bilər. İranın yarı-rəsmi xəbər agentlikləri rəsmilərin insanları şəhərdə qalmağa çağırmasına baxmayaraq, onların cümə günü Tehrandan Xəzər dənizi sahilinə getmək istədiyi zaman yollarda tıxacların yarandığını göstərən şəkillər paylaşıb.

İran cümə axşaml böyük şəhərlər arasında səfərləri məhdudlaşdırmaq üçün nəzarət-buraxılış məntəqələrinin quraşdırılacağını elan edib.

İran böyük şəhərlərdə cümə namazlarını ləğv edib. Bundan əlavə İraq da ölkənin ali şiə ruhanisinin hər həftə xütbə oxuduğu Kərbəlada cümə namazını ləğv edib.

Yaxın Şərqdə COVID-19 xəstəliyinə səbəb olan koronavirusa 4990-dan çox yoluxma halı qeydə alınıb. Çindən kənarda ən çox ölüm halları isə İran və İtaliyada baş verib.

Tehranda yanğınsöndürənlər şəhərin məşhur Valiəsr küçəsindəki 18 kilometrlik yolda yerləşən bankomatlar və mağazalara dezinfeksiyaedici sprey püskürdüb.

"Onlar bunu hər gün etsə əla olardı," ərzaq mağazasının sahibi Rza Rəzaienecad bildirir. "Bu bir dəfəlik olmamalıdır, tez-tez edilməlidir, xüsusilə də bura kimi hərəkat və tıxacların çox olduğu yerlərdə”, o deyir.

Lakin İrandan ümidverici xəbərlər də gəlir. Belə ki, rəsmilər cümə axşamı Qumda virusa yoluxan bir qadının bir qız uşağı dünyaya gətirdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG