Accessibility links

Şiə yaraqlıların məvacibləri yalnız İran tərəfindən ödəniləcək


Suriya hökuməti İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsini istəyib.

Suriyanın müxalif Zaman Al Wasel veb səhifəsində dərc edilən məlumatda deyilir ki, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənəd prezident Əsədin buna göstəriş verdiyini göstərir.

Şiə yaraqlılara İran, Hizbullah qrupu və ya Suriya hökuməti nağd pul ödəyir.

Adının açıqlanmasını istəməyən Suriya rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, gələcəkdə şiə yaraqlıların məvacibləri yalnız İran tərəfindən ödəniləcək.

Təhlilçilər bildirir ki, İran hökuməti “Birləşmiş Şiə Qurtuluş Ordusu”nu yaratmaqla Tehranın Yaxın Şərqdə münaqişələrdə siyasi və hərbi rolunun məzhəb əsasında genişəndirmək istəyinə dair siqnal göndərir.

"Şiə məzhəbinin adından istifadə edərək yaradılan yeni ordu regionda təriqətlər arasında gərginliyin artmasına gətirib çıxaracaq" deyə Ekseter Universitetinin Strategiya və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Talha Əbdulrazaq Amerikanın Səsinə bildirib. O, İranın özünü regional və ya hətta imperialist bir güc kimi göstərmək istədiyini deyib.

Ordunun yaradılmasının əsas məqsədi Ərəb ölkələrində döyüşlərdə iştirak etməkdir. Ordu sıralarına əsasən regionda İrandan olmayan şiə müsəlmanlar götürüləcək.

Məşriq xəbər agentliyinə müsahibəsində İranın elitar İnqilab qvardiyasının lideri Məhəmməd Əli Fələki deyib ki, yeni ordu üç cəbhədə fəaliyyət göstərir: Yəmən, Suriya və İraq. O bildirib ki, yeni ordu Suriyada Livan, Suriya, İraq və Pakistandan olan döyüşçülərdən ibarət şiə qüvvələrə rəhbərlik edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG