Accessibility links

İranda həbsxanada olan Siyamək Namazi yeddi günlük aclıq aksiyasına başlayıb


2015-ci ildən İranda həbsdə olan Siyamək Namazi (solda) şəkli Vaşinqtonda divarda
2015-ci ildən İranda həbsdə olan Siyamək Namazi (solda) şəkli Vaşinqtonda divarda

İran mənşəli amerikalı Siyamək Namazi İranda həbsdə saxlanmasının davam etdiyinə diqqət çəkmək üçün yeddi günlük aclıq aksiyasına başlayıb və ABŞ prezidenti Co Baydeni İranda həbsdə olan bütün amerikalıları vətənə qaytarmağa çağırıb.

Namazi 2015-ci ildə casusluq ittihamı ilə həbs edilib. ABŞ və Birləşmiş Millətlər Təşkilatı ittihamı saxta adlandırıb.

Namazinin müraciəti vəkili Cared Genser tərəfindən Baydenə ABŞ-ın yeddi iranlının müqabilində İrandakı beş amerikalının azad edilməsi ilə bağlı razılaşmanın yeddinci ildönümündə məktub şəklində çatdırılıb. Bu razılaşma Baydenin ABŞ-ın vitse-prezidenti olduğu vaxt İranla nüvə sazişinin həyata keçirilməsi ilə üyni vaxta təsadüf edib.

"Obama administrasiyası 2016-cı il yanvarın 16-da İranın girov saxladığı digər Amerika vətəndaşlarını azad egəndə və məni vicdansızcasına təhlükə qarşısında qoyanda, ABŞ hökuməti ailəmə məni bir neçə həftə ərzində sağ-salamat evə qaytaracağına söz verdi. Yeddi ildən və iki prezident dönəmindən sonra mən hələ də əlimdə vaxtı çoxdan gecmiş sənədlə tarixdə ən uzun müddət saxlanılan iranlı-Amerikalı girov kimi Tehranın bədnam Evin həbsxanasının qəfəsındəyəm", Namazi yazıb .

Yeddi gün yeməkdən imtina edəcəyini deyən Namazi Baydeni həmin vaxtın gündə bir dəqiqəsini" ABŞ girovlarının İrandakı müsibətləri haqqında düşünməyə" sərf etməyə çağırıb.

Namazinin atası Bəkir 2016-cı ildə oğlunu ziyarət etmək üçün İrana getdikdən sonra eyni ittihamlarla həbs olunub və illərlə həbsxanada qalıb. O, səhhətindəki problemlər səbəbindən keçən ikin oktyabr ayında azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG