Accessibility links

İranlı Tələbələrin Birlik Şurası etirazlardan sonra 400-dən çox tələbənin cəzalandırıldığını bildirib


İranın bir akademik qrupu keçən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin qadınların İslami geyim qaydalarını pozduğu iddiası ilə həbs olunarkən ölümündən sonra başlayan son ümummilli etirazların ardınca 400-dən çox tələbənin dərslərdən kənarlaşdırıldığını və ya ümumiyyətlə xaric edildiyini bildirib.

An Iranian academic group says more than 400 students have been suspended or expelled in the wake of recent nationwide protests sparked by the death of 22-year-old Mahsa Amini last September while being held for allegedly violating the strict Islamic dress code for women.

İranlı Tələbələrin Birlik Şurası aprelin 13-də bildirib ki, 435 tələbə qeyri-qanuni və təhlükəsizliyə əsaslanan proses vasitəsilə həyata keçirilən intizam tədbirlərinə məruz qalıb. Etiraz edən tələbələri müşayiət etdiklərinə görə, son həftələr universitet professorlarının işdən qovulması və ya fəaliyyətlərinin dayandırılması ilə bağlı bir neçə xəbər də yayılıb.

Şuranın bildirdiyinə görə, dərslərdən kənarlaşdırmalara və xaric edilmələrə cavab olaraq, müxtəlif universitetlərin tələbələri aprelin 7-də Twitter sosial şəbəkəsində həmkarlarının bərpasına çağırış kampaniyasına başlayıb.

Əmininin ölümünə qəzəb minlərlə iranlının daha çox azadlıq və qadın hüquqları tələbi ilə küçələrə çıxmasına səbəb olub.

Əsasən Tehranda olmaqla, ölkə boyu bir çox tələbənin dərsə gəlməkdən imtina etdiyi universitetlərdə çoxsaylı etiraz aksiyaları keçirilib. Mitinqlərdə iştirak edən tələbələr "Qadın, Həyat, Azadlıq" və ölkənin ali dini lideri Ayətulla Əli Xameneiyini nəzərdə tutaraq, "Diktatora ölüm" şüarları səsləndirib. Bəzi qız tələbələr isə nümayişlərdə baş örtüklərini çıxarıb və yandırıb.

Universitetlər və tələbələr uzun zamandır İranda daha geniş ictimai və siyasi azadlıqlar uğrunda mübarizənin önündə olub. 1999-cu ildə tələbələrin islahatçı gündəlik qəzetin bağlanmasına etirazları Tehran Universitetinin yataqxanalarına zorakı reyd və bir tələbənin ölümü ilə nəticələnmişdi.

Uzun illər ərzində hakimiyyət tələbə fəalları və liderləri həbs edib, onları həbsə məhkum edib və təhsil almalarına qadağa qoyub.

İnsan Haqları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etirazlar başlayandan bəri ölkədə iğtişaşlarda iştirak edən 144 universitetdən 637 tələbə həbs edilib. İrandakı bəzi mənbələr həbs edilən tələbələrin sayının 700-dən çox olduğunu bildirib.

XS
SM
MD
LG