Accessibility links

Fəallar iranlı tələbələrə qarşı təzyiqlərin artdığını bildirir


Tələbələr Sheyda Saberi və Xabat Vaisi
Tələbələr Sheyda Saberi və Xabat Vaisi

Tələbə fəalların bildirdiyinə görə, İran məhkəməsi bir tələbənin 15 il həbs cəzasına məhkum etməsindən və digərinə isə yeni ittihamlar irəli sürməsindən sonra tələbə kampusunda repressiyalar gücləndirilib.

Mərivandakı Payame Nur Universitetinin tələbəsi Xabat Vaisi Mərivan İslam İnqilab Məhkəməsi tərəfindən "sistemə qarşı təbliğat aparmaq" və İran Kürdüstan Demokratik Partiyasına üzv olmaqda təqsirli bilindikdən sonra cəzasını çəkmək üçün qərbdəki şəhərin mərkəzi həbsxanasına köçürülüb. Bu ittihamlar onun 2022-ci ilin sonlarında həbsindən və dindirilməsindən sonra irəli sürülüb.

Şiraz Universitetinin tələbəsi Şeyda Saberi ictimai asayişi və sülhü pozmaq, qeyri-qanuni toplaşmaq və İslam Respublikası əleyhinə təbliğat aparmaq kimi ittihamlarla ittihamlarla üzləşib.

O, Instaqram hesabında Yasuc rayonu İctimai-İnqilab Məhkəməsinin 7-ci kollegiyasının ona qarşı irəli sürdüyü ittihamları yerləşdirib.

Saberi 2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində olarkən öldürülməsindən sonra baş qaldıran “Qadın, Azadlıq, Həyat” etirazları mnı Yasucdakı Həft-İ Tir meydanında saçını kəsdikdən sonra həbs edilib.

Tələbə fəallar İran universitetlərində yeni tədris ilinin başlanmasından bəri təzyiqlərin getdikcə artdığını vurğulayıb. Bura kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən verilən geniş çağırışlar, intizam tədbirləri, müvəqqəti dayandırılmalar, hətta tələbə və professor-müəllim heyətinin xaric edilməsi də daxildir.

Universitetlər və tələbələr uzun müddətdir ki, İranda daha böyük ictimai və siyasi azadlıqlar uğrunda mübarizənin ön cərgəsindədir. 1999-cu ildə tələbələrin gündəlik islahatçı qəzetin bağlanmasına etirazından sonra Tehran Universitetinin yataqxanalarına vəhşicəsinə basqınlar edilib və bir tələbənin ölümünə səbəb olub.

Bu illər ərzində hakimiyyət tələbə fəalları və liderləri həbs edib və onların təhsil almasına qadağa qoyub.

Fəal HRANA xəbər agentliyi bildirib ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Əmininin ölümü ilə nəticələnən ümummilli etirazlar zamanı azı 700 universitet tələbəsi həbs edilib.

Təhlükəsizlik qüvvələri geniş yayılmış etirazları boğmağa çalışdığı üçün onların çoxu həbs və şallaq kimi cəzalarla üzləşib, onlarla tələbə universitetlərdən ya qovulub, ya da təhsilləri dayandırılıb.

Forum

XS
SM
MD
LG