Accessibility links

İran ağır su reaktorunun təftişinə icazə verib


Beynəlxalq Atom Enerjisi Agentliyi İranın gələn ay ağır su reaktorunun təftişinə icazə verdiyini bildirib.

Agentliyin rəhbəri Yuyika Amano deyib ki, təştiş dekabrın 8-də Arak obyektində baş tutacaq.

Bu, son iki il ərzində Tehranın yol verəcəyi ilk təftiş olacaq. İcazə İranın BMT-nin Təhlüksəzilik Şurasının 5 daimi üzvü və Almaniya ilə əldə edilən razılıqdan sonra verilir.

Razılıq nüvə fəaliyyətlərinin məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların bəzilərinin yüngülləçdirilməsini nəzərdə tutur. Bu şərtlərə İranın 5 faiz uran zənginləşdirilməsi fəaliyyətinin davam etdirməsi də daxildir.
XS
SM
MD
LG