Accessibility links

İranda itkin düşən sünni din xadimi mümkün həbsi və ölümü barədə xəbərdarlıq edib


Molavi Əbdül Qaffar Nəqşbəndi
Molavi Əbdül Qaffar Nəqşbəndi

İranın Sistan-Bəlucistan vilayətinin Rask şəhərində 15 yaşlı qızın yerli polis komandiri tərəfindən təcavüzə məruz qalmasını iddia edən sünni imam Molavi Əbdül Qaffar Nəqşbəndinin yoxa çıxmasından 4 ay sonra onun "sui-qəsd" və ya "həbs edilmək" ehtimalı barədə xəbərdarlıq etdiyi video yayımlanıb.

Nəqşbəndi keçən ilin sonlarında İranın şimal-şərqindəki Məşhəd şəhərində məhkəməyə çağırıldıqdan sonra yoxa çıxıb. Dekabr ayında məhkəmə iclasında iştirak etdikdən sonra onun harada olduğu məlum deyil və ailəsi onun harada saxlanıla biləcəyi barədə məlumatı olmadığını deyib.

15 yaşlı qızın Çabahar polis komandiri tərəfindən cinsi təcavüzə məruz qalması ilə bağlı iddia edilən xəbərlər İranın cənub-şərqindəki Zahedan şəhərində kütləvi etirazlara səbəb olub. Etirazçılar məsuliyyət tələb edib və təhlükəsizlik qüvvələrinin qanlı zorakılığı ilə qarşılaşıb.

Hicab qanununu pozduğu iddiası ilə 22 yaşlı Məhsa Əmininin Tehran əxlaq polisinin nəzarətində ölməsi ilə bağlı etirazlardan sonra baş qaldıran iğtişaşlarda təhlükəsizlik qüvvələri tərəfindən təxminən 100 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

"Mən qətlə yetirilsəm, qətlimin səbəbi sözlərimi qəbul etməyənlər olacaq" Nəqşbəndi özünün rəsmi Telegram kanalında yayımlanan səs yazısında deyib.

O, videoda həbs olunacağı və işgəncələrə məruz qalacağı ehtimalını da qeyd edib.

"Əgər məni tutub həbs etsələr, çünki onlar bizi təkrar-təkrar həbs etmək iqtidarındadırlar, onlar televiziyanın qarşısında bizdən məcburi etirafları da yayımlaya bilərlər", Nəqşbəndi ortaya çıxa biləcək hər hansı etirafın onun öz istəyi ilə olmayacağına işarə edərək bildirib.

Təxminən 4 dəqiqə 30 saniyə davam edən səs yazısının tarixi məlum deyil. Yazı martın 28-də saytda yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG