Accessibility links

İranın sünni din xadimi ruhani rejiminə qarşı çıxır


İranın sünni ruhani lideri Molavi Əbdülhəmid dekabrın 30-da Sistan-Bəlucistan vilayətində etdiyi xütbə zamanı quruluşa qarşı aylardır davam edən nümayişlərə hökumətin ölümcül basqısını pisləyib.

Söznü açıq deyən din xadimi iranlıların "azadlıq və ədalət" istədiklərini, nümayişçilərin "ayrı-seçkiliyə, korrupsiyaya və azadlığın olmamasına" etiraz etdiklərini deyib.

Əbdülhəmid, həmçinin İranın etnik və dini azlıqlarına, o cümlədən şiələrin çoxluq təşkil etdiyi ölkədə sistematik təqiblərə məruz qalan bəhailərə qarşı repressiyaları tənqid edib.

Sentyabr ayında ümummilli etirazlar başlayandan bəri, Əbdülhəmid İslam Respublikası daxilində müxalifətin əsas səsinə çevrilib.

Sentyabrın 30-da Sistan-Bəlucistanda çox sayda insanın ölümü ilə nəticələnən zorakılıqlardan sonra ruhani bildirib ki, bütün baş verənlərdə ali ruhani lider Ayətulla Əli Xameneyi də daxil olmaqla, yüksək vəzifəli məmurlar "məsuliyyət" daşıyır.

İranın mühasirəyə alınmış Bəluc etnik azlığının üzvü olan Əbdülhəmid hətta etirazçıların tələblərinə uyğun olaraq referendum keçirilməsinə, eləcə də mövcud ruhani sistemə son qoyulmasına çağırıb.

İranın siyasi sərt-xətt yönlü dövlət mediası Əbdülhəmidi tənqid edərək, onun bəhailərlə bağlı şərhlərinin "milli təhlükəsizliyə" zidd olduğunu bildirib.

Hakimiyyət etirazlar fonunda populyarlığı artan Əbdülhəmidlə bağlı hələ heç bir tədbir görməyib. Lakin noyabr ayında sərt-xətt "Fars" xəbər agentliyinin sızan məlumatında Xamneyinin təhlükəsizlik və hərbi rəsmilərə Əbdülhəmidi həbs etmək əvəzinə gözdən salmağa çalışmalarını tapşırdığı bildirilib.

XS
SM
MD
LG