Accessibility links

İranın sünni din xadimi Molavi Əbdül Qaffar Nəqşbəndi məhkəməyə çağırılıb


İranın cənub-şərqindəki Sistan-Bəlucistan vilayətində 15 yaşlı qızın yerli polis komandiri tərəfindən zorlandığını açıqlayan yüksək səviyyəli sünni din xadimi mollaların xüsusi məhkəməsinə çağırılıb.

İranda sünni azlığın hüquqlarının pozulmasını izləyən "Haalvsh" qrupunun məlumatına görə, Molavi Əbdül Qaffar Nəqşbəndi İranın şimal-şərqindəki Məşhəd şəhərindəki məhkəməyə telefonla çağırılıb. "Bunun cavabında o, məhkəmə məmurlarından qanuna uyğun olaraq ona yazılı çağırış vərəqəsi göndərmələrini xahiş edib" - deyə, məlumatda bildirilib.

Məlumatda vurğulanıb ki, Nəqşbəndinin məhkəməyə çağırılması İranın ali dini lideri Ayətulla Əli Xameneinin yerli nümayəndəsinin sünni məzhəbinin yüksək ruhanisini gözdən salmaq cəhdindən sonra baş verib.

Keçən ay sərt-xəttl Fars xəbər agentliyinin sızdırdığı bir sənəddə Xamneyinin təhlükəsizlik və hərbi rəsmilərini İranın sünni müsəlman əhalisinin ruhani lideri, hökuməti kəskin tənqid edən Molavi Əbdülhəmidini həbs etməyə deyil, rüsvay etməyə çağırdığı deyilib.

Çabahar polis komandirinin 15 yaşlı qızı zorlaması xəbərindən sonra İranın cənub-şərqindəki Zahedan şəhərinin əhalisi sentyabrın 30-da etiraz olaraq küçələrə çıxıb və təhlükəsizlik qüvvələrinin zorakılığı ilə qarşılaşıb.

22 yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarətində olarkən öldürülməsi ilə başlayan etirazlar zamanı baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələri tərəfindən təxminən 100 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Bundan əvvəl Molavi Əbdülhəmid bildirmişdi ki, Zahedanda "Qanlı Cümə" adlanan qətliam zamanı nümayişçilərin öldürülməsinə görə Xameneyi də daxil olmaqla, yüksək vəzifəli məmur "məsuliyyət daşıyır".

O, həmçinin "xalqın istəklərinə əsaslanaraq, siyasətləri dəyişdirmək" üçün beynəlxalq müşahidəçilərin iştirakı ilə təcili referenduma çağırıb.

Sünni müsəlmanlar Molavi Əbdülhəmidin yaşadığı İranın cənub-şərqindəki Sistan-Bəlucistan vilayətində əhalinin əksəriyyətini təşkil etsə də, ümumilikdə şiələrin üstünlük təşkil etdiyi İranda əhalinin təxminən 10 faizidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG