Accessibility links

İranın Suriya manevrləri


Suriyada kimyəvi silahlardan istifadə məsələsilə bağlı beynəlxalq ictimiayyətin ciddi ritorika apardığı vaxt İran Suriya ilə əlaqədar ehtiyatlı mövqedən çıxış edir. Qərb ölkələri İranın müffəfiqinə qarşı hərbi əməliyyata hazırlaşarkən, Tehrandakı yeni hökumət köhnə təəhhüdlər və Qərb ölkələri ilə daha yaxın əlaqələrə ehtiyacdan irəli çıxan təzyiqlərlə qarşılaşır.

Qərb ölkələrində Suriyada kimyəvi hücumdan sonra əziyyət çəkən insanları göstədən video görüntülər insanlarda dəhşət doğurmuşdur.

İran prezidenti Həsən Ruhani Suriya hökumətini günhlandırmadan kimyəvi hücumu ümumi şəkildə qınayan bəyanat verdi.

“Fərda radiosu”nun hərbi məsələlər üzrə keçmiş eksperti Hüseyn Aryan İran prezidentinin başqa yolu olmadığını deyir:”Bunu etməsə, ona prezident kimi etibar azala bilər və o, beynəlxalq münasibətlərdə daha mötədil mövqe tutacağını bildirir.”

Suriyada artmaqda olan gərginlik İranın Qərblə və Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq istəyi qarşısında test ola bilər.

Həsən Ruhaninin prezident seçilməsi Qərbə müsbət münasibətə malik xarici işlər nazirinin təyinatı ilə nəticələndi. Rəsmi Tehran ölkə iqtisadiyyatını zəiflətmiş sankasiyaların aradan qaldırılmasına çalışıdığı vaxt mübahisəli nüvə proqramı ətrafında ritorikanı bir qədər yumşaltdı .

Bununla belə, Qərb Suriyaya hökumətinə qarşı hərbi əməliyyat çağırışlarını gücləndirdikcə, İran da Suriyanı daha çox müdafiə edir.

Birləşmiş Ştatların Sülh institutunda təhlilçi Stiven Heydeman Tehranının çox şey uduza biləcəyini bildirir:”İran Suriyada üsyanın genişləndiyi müddətdə Əsəd rejiminin ən mühüm müttəfiqi olaraq qalmışdı və səmimi olaraq rejimin hakimiyyətdə qalmasına çalışmışdı.”

Bunun bir hissəsi olaraq İran Hizbullah yaraqlı qrupundan istifadə etmişdi. Qrupun lideri Səyyib Həsən Nəsrullah ehtiyac duyulsa özünün Suriyada mübarizə aparacağına söz verib.

Amerika Sahibkarlıq institutunda təhlilçi Maykl Rubin deyir ki, Hizbullah bu vəziyyətdə İranın nümayəndəsi kimi çıxış edəcək. Lakin o əlavə edir ki, əvvəllərlə müqayisədə Hizbullah indi daha zəif görünür.

İranın nüfuz dairəsi şiələrin Suriyada rejimi müdafiə etmək üçün yaraqlılar göndərdiyi İraqı da əhatə edir.

İordaniyada suriyalıların qaçqın düşərgələrində İrana qarşı qəzəb hissinin mövcud olduğunu müşahidə etmək mümkündür. Qaçqınlar Dəməşəq ətrafında kimyəvi hücuma görə İran və Hizbullahı günahlandırır.

İranın ali dini rəhbəri Ayətullah Xameneyi Amerikanın Suriyaya müdaxiləsinin fəlakətli nəticələri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Suriyaya müdaxilə ətrafında müzakirələr genişləndikcə, İran belə görünür əsas diqqəti öz nüfuz dairəsini qorumaq məsələsinə yönəldir.
XS
SM
MD
LG