Accessibility links

İran mediasının məlumatında İnqilab Qvadiyasının (IRGC) iki yülsək rütbəli komandiri də dcxil olmaqla, 5 iranlı məbəd müdafiəçisinin Suriya döyüşlərində öldürüldüyü bildirilib.

Dövlət Fars xəbər agentliyi IRGC-nin komandiri Xeyrullah Səmədinin öldürülənlər arasında olduğunu xəbər verib.

Məbəd müdafiəçiləri Tehranın Suriyada döyüşənlərə verdiyi addır. Onlar şiələrin Zeynəb məbədini müdafiə etdiklərini iddi edir.

2011-ci ildən bəri İran Səddam rejiminin əsas dəstəkçisidir.

İran hökumətinin sponsorluq etdiyi bəzi xəbər agentlikləri Livanın Hizbullah döyüşçüləri ilə İranın dəstəklədiyi İraqın Popular Səfərbərlik Qüvvələrinə Əbu-Kəmal şəhərinin azad edilməsində yardım etdiyi göstərilən videolar yayıb. Bəzi videolarda general Qasım Suleymaninin də zəfər çalan əsgərlər arasında olduğu göstərilib.

Suriya rejimini dəstəkləyən qüvvələr və Tehranın göndərdiyi döyüşçülər yeni ərazilərə doğru irəlilədikcə, onlarla ABŞ-ın dəstəklədiyi müxalif döyüşçülər arasında qarşıdurma riski artmaqdadır.

İran lideri Əli Xameneyinin müşaviri Əli Əkbər Velayeti deyib ki, Suriya rejimini dəstəkləyən qüvvələr yaxın günlərdə Rəqqaya doğru irəliləyəcək.

Suriya prezidenti Bəşar Əl-Əsədin yardımçısı Butahina Şaban Dəməşqin üsyançı qruplara görə narahatlığını dilə gətirib. O, Amerikanın dəstəklədiyi Suriya Demokratik Qüvvələri qanunsuz təcavüzkarlar adlandırıb.

Suriya Demokratik Qüvvələri Vaşinqtonun dəstəyi ilə İŞİD-ə qarşı mübarizə aparan əsas qüvvələrdir.

ABŞ hələ ki, Əsəd əleyhinə olan döyüşüçülərə İŞİD-in məhvindən sonra dəstəyini davam etdirəcəyi barədə şərh verməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG