Accessibility links

İran tələbələri hökumətə qarşı səssiz etiraz aksiyası keçirir


İranda tələbələr islamçı hökumətlərinə qarşı artıq beşinci gündür etiraz aksiyası keçirir. Polisin nümayişlərə mane olmaq məqsədilə Tehrandakı universitetləri mühasirəyə aldığı üçün tələbələr etirazlarını içəridə oturaraq bildirmək qərarına gəlib.

Amerikanın Səsinin əldə etdiyi fotolarda çərşənbə günü azı 100 tələbənin İsfahan Texnologiya Universitetinin şəhərciyindəki restoranının yanında oturduğu nümayiş etdirilib. Etiraz səssiz keçib. Səslərinin susdurulmasını simvollaşdırmaq üçün tələbələr üzlərinə qara "X" işarələri çəkib və ağ maskalar taxıb.

Nümayişçilərin əllərində tutduqları işarə şikayətlərinin İran hökumətinə yönəldiyini bildirib.

İsfahanda oturaq etiraz aksiyası keçirən tələbələrdən bir neçəsinin əlində "1500 + 176" yazılmış lövhə olub. Bu, Birləşmiş Ştatların İranı keçən ilin noyabr ayında keçirilən ümummilli nümayişlər zamanı öldürdüyünə görə günahlandırdığı 1500 nəfər və Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsini vurub salarkən ölən 176 nəfər demək olub.

Təyyarə qəzası zamanı 82 iranlı və 57 kanadalı həyatını itirib. Onların çoxu ikili İran vətəndaşı olan tələbələr idi ki, qış tətilindən sonra universitetlərdə təhsillərini davam etdirmək Kiyevdən keçərək, Kanadaya gedirdi.

Şərhlərə bax

XS
SM
MD
LG