Accessibility links

İran tankeri 'Adrian Dərya' Türkiyə sahillərindən uzaqlaşıb


Refinitiv gəmiizləmə təşkilatının cümə axşamı verdiyi məlumata görə, Vaşinqton və Tehran arasında mübahisənin getdiyi bir vaxt İran tankeri 'Adrian Dərya' Türkiyə sahillərindən uzaqlaşıb.

Əvvəllər 'Grace 1' adlanan tanker Avropa Birliyinin sanksiyalarını pozaraq İran neftini Suriyaya daşıyıb-daşımadığı üzərində beş həftə çəkən mübahisədən sonra avqustun ortalarında Cəbəllütariqdəki nəzarətdən azad edilıb.

Bir Türk rəsmisi cümə axşamı Reuters agentliyinə İran tankerinin Türkiyə sularına girmədiyini deyib. İzləmə məlumatları gəminin hazırda qərbə doğru irəliləyərək Türkiyə və Kipr sahilləri arasında olduğunu bildirib.

İRİB xəbər agentliyi İran hökumətinin nümayəndəsinə istinadən bazar ertəsi bildirib ki, İran 'Adrian Dərya' gəmisi ilə neft satıb və onun növbəti təyinatına gəmi sahibi qərar verəcək. Nümayəndə yanacağın kimə satıldığını deməyib.

Gəmi avqustun 18-də Cəbəllütariqdə sərbəst buraxıldıqdan sonra Birləşmiş Ştatlar tətbiq etdiyi sanksiyalarına zidd olaraq İranın Suriyaya neft göndərməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.

Cəbəllütariqdən çıxdıqdan sonra 2 milyon barel neft daşıyan gəmi əvvəlcə Yunanıstanın cənubuna üz tutub, daha sonra Türkiyənin cənubundakı Mersin limanına keçib. Lakin gəmi bundan sonra təyinat nöqtəsi barədə heç bir məliumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG