Accessibility links

Qırmızı dənizdə zədələnmiş “Sabiti” tankeri İran sularına daxil olub


Rəsmi IRNA xəbər agentliyinin bazar ertəsi İranın Milli Tanker Şirkətinə istinadən bildirdiyinə görə, iki həftə əvvəl Qırmızı dənizdə zədələnmiş İran tankeri İranın su hövzəsinə daxil olub.

Məlumatda bildirilir ki, tanker iki gün ərzində Xarq adasındakı limana yan alacaq.

İran prezidenti Həsən Ruhani keçən həftə “Sabiti” adlı tankerin azı iki raketlə vurulduğunu və insidentin video görüntülərinin olduğunu bildirib.

Ruhani tankerə hücumun şübhəsiz ki, hansısa hökumət tərəfindən həyata keçirildiyini və bunun nəticələri olacağını deyib.

İran rəsmiləri İrana məxsus neft tankerinin Səudiyyə Ərəbistanının sahillərində vurulduğu haqda məlumat verib. Tankerin zərərin səbəbi barədə müstəqil mənbələr tərəfindən məlumat verilməyib.

İranın rəqibi Səudiyyə Ərəbistanı tankerə hücumda əli olmadığını bildirib. Səudiyyə Ərəbistanı rəsmiləri və gəmidən hadisə ilə bağlı bir mesaj alındığını, lakin yardım edilənə qədər retranslyatorun söndürüldüyünü bildirib.

XS
SM
MD
LG