Accessibility links

İranın bir həftədən çoxdur yanmaqda olan neft tankeri batıb


İranın bir həftədən çoxdur yanmaqda olan neft tankeri batıb.

İranın xialsedici komandasının sözçüsü Məhəmməd Rəstad gəmi heyətinin cəsədlərinin çıxarılmasının mümkün olmadığını bildirib.

Gəmi heyətinin yalnız 3 nəfərinin cəsədi çıxarılıb.

Xilasedicilər ötən həftə Yaxın Çin Dənizində Çinin yük gəmisi ilə toqquşan İranın neft tankerindən daha iki ekipaj üzvünün cəsədini çıxarıb.

Çinin dövlət mediası bildirir ki, cəsədlər şənbə səhər hələ də yanmağa davam edən Sançi gəmisinin göyərtəsində tapılıb. Bu həftəninin əvvəli tapılan bir digər cəsədin də 30 iranlı və iki banqladeşlidən ibarət 32 ekipaj üzvündən birinə aid olduğu güman edilir.

Xilasetmə komandası ekipaj üzvlərinin qaldığı kupelərə daxil olmağa çalışsa da, yüksək temperatur səbəbilə geri dönmək məcburiyyətində qalıb.

Lakin komanda gəminin məlumatyazan cihazını bərpa edə bilib.

Panamada qeydiyyatdan keçən Sançi tankeri ötən şənbə Şanxay sahilindən 257 kiloetr uzaqlıqda Honq-Konqda qeydiyyatdan keçən CF Crystal ilə toqquşduğu zaman İrandan Cənubi Koreyaya 136 min ton kondensat, çox yüngül xam neft daşıyırdı.

Crystal-ın çin vətəndaşlarından ibarət 21 ekipaj üzvünün hər biri qəzadan sonra xilas edilib. GəmiBirləşmiş Ştatlardan Çinə taxıl daşıyırdı.

Qəzanın səbəbləri hələ ki, bəlli deyil.

XS
SM
MD
LG