Accessibility links

İran: Stena Imperonun taleyi tanker heyətinin istintaqda əməkdaşlığından asılıdır


İran bildirib ki, Britaniya bayrağı altında ələ keçirilən tankerin taleyi tanker heyətinin istintaqda əməkdaşlığından asılıdır.

İran rəsmisi Stena Impero neft tankeri heyətinin sağlamlıq durumunu yaxşı adlandırıb.

23 heyət üzvü olan tanker cümə günü İranın İnqilab Keşikçiləri Korpusu tərəfindən Hörmüz boğazında ələ keçirilib.

Britaniya İranın Fars körfəzində fəaliyyət göstərən neft tankerinin ələ keçirilməsini “qərəzli addım”adlandırıb və Tehranın gəmini qəzaya uğradığına görə ələ keçirdiyinə dair izahatını rədd edib.

İranın İnqilab Keşikçiləri Korpusu internetdə Stena Impero tankerinə yaxın sürətli qayıqların yaxınlaşdığını göstərən video paylaşıb.

Helikopterdən gəminin göyərtəsinə maska geyən və pulyemot daşıyan qoşunlar enib. Britaniyanın kral dəniz piyadaları iki həftə öncə Cəbəllütariq sahilinə yaxın İran tankerini ələ keçirəndə eyni taktikalardan istifadə etmişdi.

İranın Hörmüz boğazında Britaniya bayrağı altında idarə olunan tankeri ələ keçirməsi ilə bağlı qlobal gərginlik artır. Britaniya Tehrana sərt xəbərdarlıq göndərib, İslam Respublikası isə gəmini “cavab tədbiri olaraq” ələ keçirdiyini bildirir.

Britaniya şənbə günü İranın Londondakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə dəvət edib.

İranın güclü Konstitusiyanı Mühafizə Şurası şənbə günü bildirib ki, gəmini Britaniyanın iki həftə əvvəl Cəbəllütariq ərazisində İranın iki milyondan çox xam neftini daşıyan neft tankerinin ələ keçirilməsində əlinin olmasından sonra saxlayıb.

Konstitusiyanı Mühafizə Şurasının sözçüsü Abbas Əli Kadxodaeyi İranın Fars xəbər agentliyinə bildirib ki, “cavab tədbiri qanunu beynəlxalq qanunda məşhurdur” və qanunsuz iqtisadi müharibə və neft tankerlərinin ələ keçirilməsi fonunda İranın gəmini saxlamasına” haqq qazandırmaq olar.

İranın cümə günü gəmini ələ keçirməsindən sonra İranın “həmişə problem yaratdığını” deyib və ABŞ-ın Birləşmiş Krallıqla işləyəcəyini söyləyib.

Almaniya İsveçə mənsub, Britaniya bayrağı altında idarə olunan Stena Imperonun sərbəst buraxılmasına çağırıb. Almaniya xarici işlər nazirliyi İranın gəmini ələ keçirməsini “onsuz da gərgin vəziyyətin daha da ağırlaşdırılması” adlandırıb.

Fransa da İranı gəmini buraxmağa çağırıb və bunun “körfəz regionunda gərginliyin azaldılmasını çətinləşdirdiyini” bildirir.

XS
SM
MD
LG