Accessibility links

İranın şimal-şərqində zəlzələ olub


Rəsmilərin bildirdiyinə görə, cümə günü İranın şimal-şərq bölgəsində baş verən 5.9 gücündəki zəlzələ azı 5 nəfərin ölümünə, 300-dən çox insanın yuaralanmasına səbəb olub.

İranın Seysmoloji Mərkəzi təkanların yerli vaxtla gecə saat 2:17-də İranın Şərqi Azərbaycan əyalətinin Tark mahalında hiss edildiyini bildirib. Zəlzələnin baş verdiyi bölgə İranın paytaxtı Tehrandan 400 km şimal-qərbdə yerləşir.

Elbrus dağlarında yerləşən kənddə 40-dan çox təkan olub və insanlar təlaş içərisində evlərini tərk etməli olub. Dövlət televiziyası zəlzələdə ən azı 312 nəfərin xəsarət aldığını, xəstəxanaya isə yalnız 13 nəfərin çatdırılmalı olduğunu bildirib.

İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyin Külivənd itkilərlə bağlı məlumatı dövlət televiziyasına verib. Zəlzələnin baş verdiyi bölgədən video və ya görüntülər yayımlanmayıb.

Rəsmilər bölgəyə xilasedicilərin göndərildiyini, dövlət televiziyası isə zəlzələnin episentrində 30 evin dağıldığını bildirib.

Birləşmiş Ştatların Geoloji Tədqiqat Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Çox dərin olmayan zəlzələlər daha çox ziyana səbəb olur.

XS
SM
MD
LG