Accessibility links

Tehran ABŞ-ı iranlı məhbusları azad etməyə çağırır


Tehran hökuməti cümə günü ABŞ-ı sanksiyalarla bağlı məsələlər səbəbilə həbsdə olan iranlıları koronavirus epidemiyası ilə bağll narahatlıqlarla əlaqədar azad etməyə çağırıb.

Bu arada isə İranda koronavirusdan ölənlərin sayı cümə günü 144 nəfər artaraq 2378 nəfərə yüksəlib. İran koronavirusun ən çox təsirinə məruz qalan ölkələrdən biridir.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Ştatları bir neçə iranlını həbsxanalarında saxlamaqda günahlandırıb və hazırkı vəziyyətlə əlaqədar onların azad edilməli olduğunu deyib.

"ABŞ hətta hazırkı #Covid-19 şəraitində belə dəhşətli müəssisələrində saxladığı günahsız insanları azad etməkdən imtina edir. İnsanlarımızı azad edin” deyə, o Twitter-də bildirib.

Zərif Guardian qəzetinə istinadən ABŞ-ın ticarət sirlərini oğurlamaq ittihamı irəli sürülən və noyabr ayında bəraət qazanan elmlər doktoru Siruz Əsgərinin belə hələ də həbsdə saxlandığını deyib.

“ABŞ bir neçə iranlı elm adamını heç bir ittiham irəli sürmədən və ya saxta sanksiyalar ittihamı ilə girov götürüb və azad etmir, hətta ÖZ məhkəmələri bu ittihamları rədd etsə belə " deyə, o bildirib.

Birləşmiş Ştatlar cümə axşamı İran və İraqda qərargahlanan 5 şirkəti, eləcə də 15 nəfəri terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham edərək, qara siyahıya salıb. Bu, İranın koronavirusla mübarizəsinə baxmayaraq, son iki həftədə iranlı hədəflərə qarşı həyata keçirilən üçüncü raund sanksiyalardır.

Sanksiyalara humanitar təchizat daxil olmasa da ABŞ-ın tətbiq etdiyi sanksiyalar bir çox şirkəti İranla humanitar ticarətdən çəkindirə bilər.

XS
SM
MD
LG