Accessibility links

Tehrandakı klinikada baş verən partlayış azı 19 nəfərin ölümünə səbəb olub


İranın yarı-rəsmi İSNA xəbər agentliyinin çərşənbə axşamı bildirdiyinə görə, Tehranın şimalındakı bir klinikada baş verən güclü partlayış azı 19 nəfərin ölümünə səbəb olub.

Dövlət televiziyası Sina Athar sağlamlıq mərkəzində baş verən partlayışın yaxınlıqdakı binalara zərər vurduğunu və gecə saatlarında səmanı qara qalın tüstüyə bürüdüyü haqda məlumat verib.

"Saat 20:56-da Sina Athar klinikasında partlayış və bundan sonra yanğın baş verib. Hadisə yerinə dərhal tibb yardım bölmələri göndərilib" - deyə, Tehranın təcili tibbi yardım xidmətindən verilən açıqlamada bildirilib.

"13 nəfərin ölümü təsdiqlənib. Yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb", açıqlamada əlavə edilib.

Tehranın yanğınsöndürmə idarəsinin sözçüsü Cəlal Məliki agentliyə yanğının iki saat sonra söndürülməsindən sonra daha 6 nəfərin öldüyünun aşkar edildiyini deyib. Beləliklə ölənlərin sayı 19-a çatıb.

Dövlət televiziyasından verilən məlumata görə, ölənlərdən 15-i qadın olub.

Televiziya kanalına verrdiyi müsahibəsində Məliki partlayışın klinikanın zirzəmisində qaz balonlarının yanması səbəbindən baş vertdiyini deyib.

XS
SM
MD
LG