İran Tramp administrasiyası ilə nüvə proqramının məhdudlaşdırılması ilə bağlı gərginliyi azaltmaq yolunda addım atmağa hazır olduğunu bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı Nyu-Yorkda müxbirlərlə görüşü zamanı deyib ki, Vaşinqton ölkəsinə qarşı iqtisadi sanksiyaları ləğv etdiyi təqdirdə Tehran özünün nüvə proqramını araşdırmağa icazə verəcək.
Lakin Zərifin “mühüm addım” kimi izah etdiyi təklif heç də təəccüblə qarşılanmayıb.
Tramp administrasiyasının rəsmisi Amerikanın Səsinə deyib ki, prezident İran liderləri ilə müzakirələrə hazır olduğunu dəfələrlə təkrar edib.
Vaşinqton Tehranın nüvə potensialını xeyli məhdudlaşdırması, ballistik raket proqramının ləğvi və ABŞ-ın dəstəklədiyi Körfəz Ərəb dövlətlərinin mübarizə apardığı qruplaşmalara dəstəyini dayandırmasına çalışır.