Accessibility links

İran Televiziyasının direktoru üzr istədi


Mahammad Sarafraz
Mahammad Sarafraz

İranda azərbaycanlıların kütləvi etirazlarına səbəb olan İran dövlət televiziyasındakı "Fitilə" adlı proqramının fəaliyyətinin dayandırıldığı bildirilir. İran mətbuatı bilidirir ki, proqramın fəaliyyətinin dayandırılması ilə yanaşı, bir neçə məsul şəxs də tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

Eyni zamanda televiziyanın direktoru Məhəmməd Sarafraz etiraz edən xalqdan üzr istəyib. Buna baxmayaraq, İranda azərbaycanlıların etirazları davam edir. Küçə nümayişlərinin qarşısını almaq üçün bu gün bir çox şəhərin küçələrindən polis qüvvələri gücləndirilmiş rejimdə işləyib.

Etirazçılar isə televiziyanın birbaşa bağlı olduğu ali dini lideri Ayətulla Əli Xomeneyinin üzr istəməsini və İran parlamentinin etnik xalqlara, xüsusilədə azərbaycanlılara ayrıseçkiliyi qadağan edən qanun qəbul etməsini tələb edir. Azərbaycanlıların etirazlarına İrandakı digər etnik xalqlar da qoşulublar. Belə ki, Ərəb və Bəlluc fəallar Azərbaycanlıları dəstək xarakteri daşıyan bəyanat yayıblar.

Xatırladaq ki, Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə" adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

30 ilə yaxındır fəaliyyət göstərən bu proqram İranda uşaqlar üçün ən populyar komediya proqramlarından hesab edilir. Proqramın milyonlarla izləyicisini olması istisna deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG