Accessibility links

İranın yük maşını sürücüləri tətillərə qoşulub


Təhlükəsizlik agentlərinin təhdidlərinə baxmayaraq, iranlı yük maşını sürücüləri üçüncü gündür təhvil verilməmiş yüklə dolu maşınları ilə ölkə daxilindəki tətillərə qoşulub.

İranın mərkəzi İsfahan şəhərində yük maşınlarını dayandıraraq, gənc qadının Tehranda həbsdə ikən ölüməsi ilə nəticələnən etirazlara qoşulması ilə bağlı yayılan xəbərlərdən sonra sosial mediada Qəzvin, Kirmanşah, Mərənd və Bəndər Abbas şəhərlərindəki sürücülərin də işlərini dayandırdıqları bildirilib.

Bir çox sektorun işçilərinin iğtişaşları Tehranın nüvə proqramı ilə bağlı ABŞ sanksiyaları ilə viran qalmış iqtisadiyyatı ilə bağlı yayda baş qaldıran etirazlardan sonra pis həyat şəraiti ilə bağlı hökumətə artan təzyiqlərə səbəb olub.

Sentyabrın 16-da 22 yaşlı Mahsa Əmininin polis nəzarətində olarkən ölməsi, hakimiyyətin ölkə boyu qəddarlıqla qarşıladığı yeni iğtişaş dalğasına səbəb oldu.

Paytaxtın şimal-qərbində yerləşən Kərəc şəhərində avtomobil istehsalçısı "Safe Khodro" şirkətinin işçilərinin noyabrın 27-də tətilə başlaması da daxil olmaqla, son günlər İranın bir neçə şəhərində tətillər keçirilir.

Bu arada üç əmək təşkilatı - İşçi Həmkarlar İttifaqı "Həft Tapeh", Əmək Təşkilatlarının Yaradılmasına Yardım üzrə Koordinasiya Komitəsi və Təqaüdçülər Həmkarlar İttifaqı Qrupu birgə bəyanat yayaraq, İranın qərbindəki kürd şəhərlərində insanlara qarşı qanlı repressiyaları pisləyib.

Onlar, həmçinin bütün silahlı qüvvələrin Kürdüstandan dərhal çıxarılmasını, bütün məhbusların və saxlanılanların qeyd-şərtsiz azad edilməsini və İraqın kürd bölgəsinə raket hücumlarının dayandırılmasını tələb edib.

XS
SM
MD
LG