Accessibility links

İran Türkiyəni Suriyadakı hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırıb


Bu gün Iran Türkiyəni Suriyanın şimal bölgəsindəki hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırıb və deyib ki, Türkiyənın müdaxiləsi böhranı daha da dərinləşdirəcək.

Keçən həftə Türkiyə İslam Dövləti yaraqlılarının, eləcə də Birləşmiş Ştatların dəstəklədiyi və Türkiyə hökumətinin PKK ilə əlaqəsi olduğunu hesab etdiyi kürd döyüşçülərinin Suriyadakı hədəflərini vurub. ABŞ və Qərbin üsyançı döyüşçüləri, İran, Rusiya və Livandakı Hibullanın Suriya hökumətini dəstəklədiyi bir vaxt türklərlə kürdlər arasında qarşıdurma getdikcə kəskinləşir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Türkiyənin addımını müttəfiqi Suriyanın suverenliyini pozması kimi qiymətləndirib. Qasemi bunun Suriyada daha çox günahsız insanın ölümünə səbəb olacağını deyib.

XS
SM
MD
LG