Accessibility links

İran bildirir ki, Qərbin iddiaları onun dronlarının "effektivliyini" göstərir


İran mediasının bazar günü bildirdiyinə görə, İranın yüksək səviyyəli generalı deyib ki, Qərbin onun dronlarının Rusiya tərəfindən Ukraynaya qarşı istifadə edilməsi ilə bağlı iddiaları Tehranın pilotsuz uçuş aparatlarının "effektivliyini" göstərir.

Kyiv və onun Qərb müttəfiqləri Rusiyanı aylarla davam edən münaqişədə Ukraynaya qarşı hücumlarda İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə edərək, mülki və enerji infrastrukturuna ciddi ziyan vurmaqda ittiham edib.

Buna cavab olaraq, Qərb dövlətləri İran silahlı qüvvələrinin Baş Qərargahlar rəisi, general-mayor Məhəmməd Baqiri də daxil olmaqla, İran bir sıra şirkətlərinə və hərbi generallarına qarşı sanksiyalar tətbiq edib.

Tehran Ukraynada müharibədə "istifadə üçün" Rusiyaya silah tədarük etdiyini dəfələrlə təkzib edib, lakin noyabrın əvvəlində Rusiyaya pilotsuz təyyarələri fevral ayında müdaxilə başlamazdan əvvəl göndərdiyini etiraf edib.

Tehran Ukraynada müharibədə "istifadə olunmaq üçün" silah tədarük etdiyini dəfələrlə təkzib edib, lakin noyabrın əvvəlində etiraf edib ki, fevralda müdaxilə başlamazdan əvvəl Rusiyaya pilotsuz təyyarələr göndərib.

Tasnim xəbər agentliyinin məlumatına görə, Baqiri deyib: "Bu gün təkəbbürlü dünyanın (Birləşmiş Ştatlar və onun müttəfiqlərinə istinaddır) Ukrayna müharibəsində İranın pilotsuz təyyarələrindən istifadə ilə bağlı yaratdığı ab-hava düşmənin psixoloji müharibəsinin bir hissəsidir".

"Bu iddiaların çoxunun yalan olması bir tərəfə, bu, əslində İslam respublikasının pilotsuz təyyarələr sahəsində effektivliyini, əhəmiyyətini və yüksək səviyyəsini göstərir" - deyə, o əlavə edib.

İranın düşmənləri olan ABŞ və İsrail Tehranı Livanın Hizbulla hərəkatı, Suriya prezidenti Bəşər Əsəd rejimi və Yəmənin husi üsyançıları da daxil olmaqla, Yaxın Şərqdəki tərəfdaşlarına pilotsuz təyyarələr göndərməkdə ittiham edib.

İran dronlar və ya pilotsuz uçuş aparatlarını (PUA) 1980-ci illərdə qonşu İraqla səkkiz illik müharibəsi zamanı inkişaf etdirməyə başlayıb.

Baqiri bildirib ki, İran dronların inkişafını davam etdirəcək.

"Ölkəmizin silahlı qüvvələri öz pilotsuz təyyarələrini inkişaf etdirməyə davam edəcək və biz pilotsuz təyyarələrlə bağlı digər ölkələrlə əməkdaşlıq edəcəyik," Tasnim xəbər agentliyi ona istinadən bildirib.

XS
SM
MD
LG