Accessibility links

İran vurduğu sərnişin təyyarəsinin qara qutusunu verməkdən imtina edir


İran keçən ay vurduğu Ukrayna sərnişin təyyarəsinin qara qutusunu başqa bir ölkəyə verməkdən imtina edir.

Keçən həftə Kanadanın baş naziri Castin Trudo bildirdi ki, təyyarənin vurulmasına dair müstəqil və tam araşdırılma aparılmasına dair fikrini İranın xarici ilər naziri Məhəmməd Cavad Zərifin nəzərinə çatdırıb.

Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin PS-752 reysi ilə uçan sərnişin təyyarəsi yanvarın 8-də Tehran beynəlxalq hava limanından qalxdıqdan az sonra vurulub.

Təyyarədəki 176 nəfərin hamısı həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada vətəndaşı idi. Həlak olanların əksəriyyəti iranlılar idi. Təyyarə İranın hava hücumundan müdafiə sistemi ilə İraqdakı ABŞ qüvvələrini raket atəşinə tutduğu əsnada vurulub.

Bundan bir neçə gün əvvəl İran İslam İnqilabı Keçşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasım Süleymani Bağdadda ABŞ-ın dron zərbəsi ilə öldürülmüşdü və İran yanvarın 8-də həmin hadisəyə cavab olaraq İraqdakı iki hərbi hava bazasını raket atəşinə tutmuşdu.

”Bizim qutunu oxumaq haqqımız var. Biz qutuların yoxlanışında iştirak etmək hüququna malikik. Biz qara qutunu qətiyyən başqalarına verməyəcəyik” - deyə, Cavad Zərif bildirib.

İranın xarici işlər naziri bununla yanaşı əlavə edib ki, Tehran başqa ölkələrlə, xüsusilə də Ukrayna ilə təhqiqat mövzusunda danışıqlar aparır.

İranın müdafiə naziri Əmir Hatəmi deyib ki, təyyarənin rekorderi (qara qutu) ciddi şəkildə zədələnib və onun bərpa edilməsi üçün müdafiə sənayesindən dəstək istənilib.

Hatəmi deyib ki, qutular oxunmazdan əvvəl bərpa olunmalıdır.

XS
SM
MD
LG