Accessibility links

İran sabahdan etibarən uran zənginləşdirilməsini genişlədəcək


İran “geri çəkilməyəcəyini” deyərək, iyunun 27-dən uran zənginləşdirməni sürətləndirəcəyini bəyan edib. Birləşmiş Ştatlarla münasibətlərdə gərginlik yaşandığı bir dönəmdə Tehran nüvə sazişi öhdəliklərinin icrasını məhdudlaşdırır.

“ABŞ hökumətinin ən kinli rəsmiləri İranı ittiham və təhqir edir. İran xalqı təslim olmayacaq, bu təhqirlərin qarşısında geri çəkilməyəcək”, İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi deyib. İyunun 26-da rəsmi vebsaytı onun dediklərini yayıb.

Bundan bir neçə saat öncə İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi rəsmi IRIB televiziyasına deyib ki, sürətləndirmə ölkənin 300 kiloqramdan artıq uran zənginləşdirməsinə limitin müddəti bitincə başlanacaq.

“Son tarix bitincə zənginləşdirmənin sürəti artacaq”, o vurğulayıb.

Ötən il ABŞ Prezidenti Donald Tramp İranın dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxaraq Tehrana iqtisadi sanksiyaları bərpa edib.

İyunun 25-də tərəflər arasında söz savaşı başlanıb, İran Ağ evi “ruhi xəstə” adlandırıb. Tramp isə İran “Amerikaya aid nəyəsə” hücum edərsə, “aşırı güc”dən istifadə ilə hədələyib, bunun “məhvetmə demək olacağını” vurğulayıb.

Birləşmiş Ştatlar İran hökümətinin davranışlarını dəyişməyə vadar etmək məqsədilə ölkə iqtisadiyyatına əlavə təzyiq göstərmək üçün bazar ertəsi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ prezidenti Donald Tramp "ağır zərbəli" sanksiyaların İranın ali dini lideri Ayətullah Əli Xameneyini hədəf alacağını deyib.

XS
SM
MD
LG