İran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdıracağı ilə bağlı 2015-ci il beynəlxalq razılaşmasına zidd olaraq uranı 20% -ə qədər zənginləşdirməyə başladığını bildirib.
Dövlət mediası hökumət sözçüsü Əli Rabieyə istinadən bildirib ki, uranın daha yüksək zənginləşdirilməsinə bazar ertəsi dağın içərisində yerləşən Fordo müəssisəsində başlanıb.
Əvvəllər İran uranı 4,5 faizə qədər zənginləşdirirdi.
İranın uranı yüksək səviyyədə zənginləşdirməsi 90% tələb edən nüvə silahı istehsalına başlasyacağı qorxusunu artırır. İran illərdir belə bir planının olmadığını və nüvə proqramının yalnız dinc məqsəd daşıdığını deyir.
Dünyanın altı qüdrətindən ibarət qrup İranı nüvə silahı əldə etməməsi üçün digər məhdudiyyətlərlə yanaşı uranın zənginləşdirilməsini 3.67%-lə məhdudlaşdıran nüvə razılaşmasını davam etdirməyə məcbur edir.
İran bu son addımı ilə xüsusən də Avropa olmaqla, bütün tərəflərə sanksiyaların qaldırılması ilə bağlı vədlərini yerinə yetirmələri üçün təzyiq göstərməyə çalışır.
2018-ci ildə razılaşmadan çıxan ABŞ xüsusilə neft sektoru olmaqla, İranın iqtisadiyyatını hədəf alan sanksiyalar tətbiq etməyə başlayıb.
İranın BMT-nın Atom Enerjisi Agentliyinə uran zənginləşdirəcəyi ilə bağlı məlumatı ABŞ-a yeni prezidentin gəlməsindən bir neçə həftə əvvələ təsadüf edir.
ABŞ-a yeni seçilmiş prezident Co Bayden deyib ki, İran yenidən nüvə razılaşmasına uyğun hərəkət edərsə, razılaşmasına yenidən qoşulmağa çalışacaq.