Accessibility links

Qərb diplomatları: Iran uran zənginləşdirilən obyektlərin daha geniş monitorinqinə icazə verib


Qərb diplomatları bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə İranda uran zənginləşdirilən obyektlərin daha geniş monitorinqinə icazə verib.

Qərb diplomatları bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə İranda uran zənginləşdirilən obyektlərin daha geniş monitorinqinə icazə verib. Adının açıqlanmasını istəməyən rəsmilər bunu bu gün xəbər agentliklərinə bildiriblər.

Iran hələlik bunu təsdiqləməyib.

Çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti Co Baydın bildirib ki, o, BMT-nin İranın nüvə program ilə əlaqədar ölkəyə qarşı yeni sanksiyalar paketini gələn ay tətbiq edəcəyəni gözləyir.

ABŞ və onun müttəfiqləri İranın gizli olaraq nüvə silahları inkişaf etdirməyə çalışdığına inanır. İran isə onun nüvə programının dinc və mülki məqsədlərə xidmət etdiyinə təkid edib.

XS
SM
MD
LG