Accessibility links

İran yeni uran mədənləri açır


İran mərkəzi Yəzd vilayətində iki uran mədəni və uran emal edilməsi üçün müəssisə açdığını bəyan edib. İranın dövlət mediası bildirib ki, mədənlərdən çıxarılan uran nüvə yanacağı istehsal edilməsi üçün sarı maddəyə çevriləcək.

İran müəssisədə hər il 60 tondan çox sarı maddə istehsal ediləcəyini bildirib. Bu bəyanatla İran özünün Milli Nüvə Texnologiyası Günündə çıxış edib.

BMT-nin Təhlükəsizlik Şurası isə İranın uran zənginləşdirilməsi ilə bağlı hər bir fəaliyyətini dayandırmağa və BMT müfəttişlərini nüvə silahı istehsal edildiyindən şübhələnilən obyektlərinə daxil olmalarına icza verməyə çağırır.

pons.
XS
SM
MD
LG